CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə səfirliyi müvəqqəti təxliyədən sonra Kabildəki binasına dönüb

© AFP 2024 / BIROL BEBEKФлаг Турции, фото из архива
Флаг Турции, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
Ərdoğan: Biz təhlükəsizlik nöqteyi-nəzərindən vəziyyəti daim nəzarətdə saxlayırıqvə hər hal üçün planlarımızı hazır tuturuq. Bizim üçün əsas olan əməkdaşların təhlükəsizliyidir.
BAKI, 29 avgust — Sputnik. Türkiyənin Əfqanıstandakı səfirliyi paytaxtdakı hava limanına müvəqqəti təxliyədən sonra Kabildəki ofisinə qayıdıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
"Bizim səfirlik iki həftə əvvəl müvəqqəti olaraq Kabil hava limanına yerləşdirilmişdi. Dünən əməkdaşlar Kabilin mərkəzindəki binalarına dönüblər və işlərini davam etdirirlər. Bizim məqsədimiz Əfqanıstandakı diplomatik missiyamızı davam etdirməkdir. Biz təhlükəsizlik nöqteyi-nəzərindən vəziyyəti daim nəzarətdə saxlayırıqvə hər hal üçün planlarımızı hazır tuturuq. Bizim üçün əsas olan əməkdaşların təhlükəsizliyidir", - deyə Ərdoğan jurnalistlərə bildirib.
Qeyd edək ki, Taliban hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Həmçinin oxuyun:
Ərdoğan: Taliblər Ankaraya Kabil aeroportunu idarə etməyi təklif edib
Xəbər lenti
0