CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinaldadır

© AR Ministry of DefenceTankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar
Tankçılarımız “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar - Sputnik Azərbaycan, 1920, 29.08.2021
Abunə olmaq
Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.
BAKI, 29 avgust — Sputnik. Azərbaycanı təmsil edən tankçılar "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Sputnik Azərbaycan Müdafiə nazirliyinə istinadən xəbər verir ki, tankçılarımız avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.
1/2
2/2
1/2
2/2
Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.
Beləliklə, 11 komanda arasında 4-cü yerdə olan tankçılarımız yarımfinala yüksəliblər.
Xəbər lenti
0