https://sputnik.az/20210828/Qazaxstanda-hrbi-hissd-partlayda-lnlrin-say-artb-matm-elan-olunub-427796111.html
Qazaxıstanda hərbi hissədə partlayışda ölənlərin sayı artıb, matəm elan olunub
Qazaxıstanda hərbi hissədə partlayışda ölənlərin sayı artıb, matəm elan olunub
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil. 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T10:53+0400
2021-08-28T10:53+0400
2021-11-16T20:29+0400
xəbərlər
partlayış
hərbi hissə
matəm
dünya
https://cdnn1.img.sputnik.az/img/42205/80/422058040_0:42:3071:1769_1920x0_80_0_0_22c669d375c3047c60704e0288d8a48b.jpg
BAKI, 28 avqust - Sputnik. Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhəri yaxınlığında yerləşən hərbi hissənin anbarında avqustun 26-da baş verən partlayışda ölənlərin sayı 13 nəfərə çatıb.Sputnik Qazaxıstan bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib."Hadisə yerində daha bir nəfərin meyiti aşkarlanıb, onun şəxsiyyəti dəqiqləşdirilir", - məlumatda deyilir. O da qeyd olunur ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil.Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə on partlayış olub. Yüzdən artıq adam müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara çatdırılıb. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 29-da ölkədə matəm elan edib.Eləcə də oxuyun:Qazaxıstanda hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEOAzərbaycan XİN Qazaxıstana başsağlığı veribYer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıb
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42205/80/422058040_153:0:2884:2048_1920x0_80_0_0_66d93ef3bffef99686c43d54eba9b712.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, partlayış, hərbi hissə, matəm, dünya
xəbərlər, partlayış, hərbi hissə, matəm, dünya
Qazaxıstanda hərbi hissədə partlayışda ölənlərin sayı artıb, matəm elan olunub
10:53 28.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil.
BAKI, 28 avqust - Sputnik. Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhəri yaxınlığında yerləşən hərbi hissənin anbarında avqustun 26-da baş verən partlayışda ölənlərin sayı 13 nəfərə çatıb.
Sputnik Qazaxıstan bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Hadisə yerində daha bir nəfərin meyiti aşkarlanıb, onun şəxsiyyəti dəqiqləşdirilir", - məlumatda deyilir.
O da qeyd olunur ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə on partlayış olub.
Yüzdən artıq adam müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara çatdırılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 29-da ölkədə matəm elan edib.
Qazaxıstanda
hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEO