https://sputnik.az/20210828/Nigeriyal-biznesmen-Tbilisinin-meri-olmaq-istyir-427797827.html
Nigeriyalı biznesmen Tbilisinin meri olmaq istəyir
Nigeriyalı biznesmen Tbilisinin meri olmaq istəyir
Sputnik Azərbaycan
Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum... 28.08.2021, Sputnik Azərbaycan
2021-08-28T17:05+0400
2021-08-28T17:05+0400
2021-11-16T20:29+0400
xəbərlər
tbilisi
gürcüstan
mer
kaxa kaladze
nigeriya
biznesmen
seçki
dünya
https://cdnn1.img.sputnik.az/img/42414/11/424141175_0:0:1000:563_1920x0_80_0_0_58609bd6b0d08126ebd2da6f7b2d0d0c.jpg
BAKI, 28 avqust - Sputnik. Gürcüstanda yaşayan nigeriyalı biznesmen Riçard Arinze Oqbunucu payızda keçiriləcək seçkidə Tbilisinin meri adını qazanmağa çalışacaq."Mən Tbilisinin tarixini yaxşı bilirəm, bu şəhərin necə yarandığından xəbərim var... Burada qohumlarım yoxdur, odur ki, əgər mən Tbilisidə mer olsam, nepotizm (vəzifə səlahiyyətlərindən sui-istifadə edib qohumlara güzəştlər etmək - red.) tamamilə yox olacaq", - biznesmen şənbə günü jurnalistlərə deyib.Sputnik Azərbaycan-ın məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq Oqbunucunun Tbilisi merliyinə namizədliyini qeydə alıb. Seçki nömrəsi 23 olan biznesmenin namizədliyini "Bizim Birləşmiş Gürcüstanımız" adlı seçki subyekti irəli sürüb.Nigeriyalı namizəd jurnalistlərə açıqlamasında seçkidə səslərin ən azı 80%-ni qazanacağına əmin olduğunu bildirib. "Rustavi-2" telekanalının məlumatına görə, biznesmen iyirmi altı ildir ki, Gürcüstanda yaşayır, gürcü dilini bilir. O, beynəlxalq münasibətlər fakültəsinin məzunudur. Bir neçə dildə danışan Oqbunucu gürcülərlə afrikalıları tanış etməyə, yaxınlaşdırmağa çalışır. O özü gürcü qızı ilə evlənib və bu izdivacdan üç uşağı var.Qeyd edək ki, Tbilisi ilə Bakı qardaşlaşmış şəhərlərdir. Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir. "İslahatçı mer" adı qazanan Kaladze payızda keçiriləcək mer seçkisində ikinci müddətə namizədliyini irəli sürüb.Eləcə də oxuyun:Tbilisi Bakının 21-ci qardaşı olacaqTbilisi meri Kaxa Kaladze Bakıdan qayıdandan sonra mühüm qərar verib
tbilisi
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42414/11/424141175_0:0:868:651_1920x0_80_0_0_ebdd7bc732c45cf3967865e1e746d88e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, tbilisi, gürcüstan, mer, kaxa kaladze, nigeriya, biznesmen, seçki, dünya
xəbərlər, tbilisi, gürcüstan, mer, kaxa kaladze, nigeriya, biznesmen, seçki, dünya
Nigeriyalı biznesmen Tbilisinin meri olmaq istəyir
17:05 28.08.2021 (Yenilənib: 20:29 16.11.2021) Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.
BAKI, 28 avqust - Sputnik. Gürcüstanda yaşayan nigeriyalı biznesmen Riçard Arinze Oqbunucu payızda keçiriləcək seçkidə Tbilisinin meri adını qazanmağa çalışacaq.
"Mən Tbilisinin tarixini yaxşı bilirəm, bu şəhərin necə yarandığından xəbərim var... Burada qohumlarım yoxdur, odur ki, əgər mən Tbilisidə mer olsam, nepotizm (vəzifə səlahiyyətlərindən sui-istifadə edib qohumlara güzəştlər etmək - red.) tamamilə yox olacaq", - biznesmen şənbə günü jurnalistlərə deyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq Oqbunucunun Tbilisi merliyinə namizədliyini qeydə alıb. Seçki nömrəsi 23 olan biznesmenin namizədliyini "Bizim Birləşmiş Gürcüstanımız" adlı seçki subyekti irəli sürüb.
Nigeriyalı namizəd jurnalistlərə açıqlamasında seçkidə səslərin ən azı 80%-ni qazanacağına əmin olduğunu bildirib.
"Rustavi-2" telekanalının məlumatına görə, biznesmen iyirmi altı ildir ki, Gürcüstanda yaşayır, gürcü dilini bilir. O, beynəlxalq münasibətlər fakültəsinin məzunudur. Bir neçə dildə danışan Oqbunucu gürcülərlə afrikalıları tanış etməyə, yaxınlaşdırmağa çalışır. O özü gürcü qızı ilə evlənib və bu izdivacdan üç uşağı var.
Qeyd edək ki, Tbilisi ilə Bakı qardaşlaşmış şəhərlərdir. Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.
43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir. "İslahatçı mer" adı qazanan Kaladze payızda keçiriləcək mer seçkisində ikinci müddətə namizədliyini irəli sürüb.