https://sputnik.az/20210827/Millt-vkili-Painyan-Qrbi-sakitldirmk-n-bu-cr-byanatlar-sslndirir-427782035.html
Millət vəkili: “Paşinyan Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir”
Millət vəkili: “Paşinyan Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir”
Sputnik Azərbaycan
Milli məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi 27.08.2021, Sputnik Azərbaycan
2021-08-27T10:00+0400
2021-08-27T10:00+0400
2021-11-17T00:02+0400
radio
multimedia
siyasət
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834736_0:0:2000:1125_1920x0_80_0_0_2a242cb278f81e07ddab88aab9cb85f8.jpg
Arzu Nağıyev: “Regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır”
Sputnik Azərbaycan
Arzu Nağıyev: “Regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır”
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı rəsmi Yerevanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.Milli məclisin deputatı Arzu Nağıyev Sputnik Azərbaycan-a deyib ki, Ermənistan nəyin bahasına olur-olsun ATƏT-in Minsk qrupunu, xüsusilə də Fransanı regiona yenidən qaytarmaq istəyir: "Çünki regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır. Yerevanda oturanlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları gündəmə gətirməklə bir növ Rusiya sülhməramlılarının öz funksiyalarını sona qədər yerinə yetirə bilməmələri məsələsini də qabartmağa çalışırlar. Eyni zamanda Paşinyan ölkə daxilində müəyyən siyasi stabilliyə nail olmaq üçün də bu cür bəyanatlar səsləndirməlidir. Düşünürəm ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi. Hətta təhlükəsizlik adı altında hazırda Qazaxın işğal altında olan kəndlərinin boşaldılması prosesi də gedir. Bütün bunları nəzərə aldıqda, Paşinyan daxili auditoriyanı, eyni zamanda Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir, siyasi gedişlər edir”.Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41883/47/418834736_227:0:2000:1330_1920x0_80_0_0_c2195eebcc600cd6bf9e4b7943264dea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
radio, multimedia, xəbərlər, azərbaycan
radio, multimedia, xəbərlər, azərbaycan
Millət vəkili: “Paşinyan Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir”
10:00 27.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Milli məclisin deputatı Arzu Nağıyev hesab edir ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı rəsmi Yerevanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib. Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.
Milli məclisin deputatı Arzu Nağıyev
Sputnik Azərbaycan-a deyib ki, Ermənistan nəyin bahasına olur-olsun ATƏT-in Minsk qrupunu, xüsusilə də Fransanı regiona yenidən qaytarmaq istəyir: "Çünki regionda erməniləri dəstəkləyə biləcək yeganə qüvvə Fransadır. Yerevanda oturanlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları gündəmə gətirməklə bir növ Rusiya sülhməramlılarının öz funksiyalarını sona qədər yerinə yetirə bilməmələri məsələsini də qabartmağa çalışırlar. Eyni zamanda Paşinyan ölkə daxilində müəyyən siyasi stabilliyə nail olmaq üçün də bu cür bəyanatlar səsləndirməlidir. Düşünürəm ki, Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında müəyyən razılaşma var idi. Hətta təhlükəsizlik adı altında hazırda Qazaxın işğal altında olan kəndlərinin boşaldılması prosesi də gedir. Bütün bunları nəzərə aldıqda, Paşinyan daxili auditoriyanı, eyni zamanda Qərbi sakitləşdirmək üçün bu cür bəyanatlar səsləndirir, siyasi gedişlər edir”.
Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz