https://sputnik.az/20210827/Bakida-xadimelik-eden-bey-nevesi-bir-gecede-meshurlasdi-427786660.html
Bakıda xadiməlik edən bəy nəvəsi bir gecədə məşhurlaşdı
Bakıda xadiməlik edən bəy nəvəsi bir gecədə məşhurlaşdı
Sputnik Azərbaycan
Kafiyə Cəfərova həyatda çox çətinliklərlə qarşılaşsa da, musiqi ona ayaqda qalmaqda kömək edib. Odur ki mahnı oxumağın daşını atmaq fikrində deyil. 27.08.2021, Sputnik Azərbaycan
2021-08-27T12:54+0400
2021-08-27T12:54+0400
2021-11-17T00:02+0400
multimedia
video
xəbərlər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427786606_10:0:1920:1080_1920x0_80_0_0_8ea7d0843872c1cc948f9b1594e3aa99.jpg
"TikTok" istifadəçisi tərəfindən təsadüfən çəkilən mahnı oxuyan xadimə ilə bağlı videoçarx sosial şəbəkələrdə böyük rezonans doğurub. Belə qəfil şöhrət Kafiyə Cəfərovanın özü üçün də sürpriz olub və ailəsində problem yaradıb.Sputnik Azərbaycan Kafiyə Cəfərovanı taparaq onunla söhbət edib."Atam həkim idi", - deyir Cəfərova. "O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Mircəfər Bağırovun dostu Çelbanəsir bəyin oğlu idi. Babamın Bakıda çoxlu dükanları, müxtəlif obyektləri var idi, sonra repressiyaya uğradı və bütün əmlakı əlindən alındı. Ailəmizdə hər kəs musiqini çox sevirdi. Qardaşım Bakı Musiqi Konservatoriyasında xalq artisti Məmmədbağır Bağırzadə ilə birlikdə oxuyub. Mən bəyin nəvəsi olsam da, küçələri süpürürəm. Bu arzuladığım iş deyil, amma başqa seçimim yox idi. Həyatım çox çətin keçib və bir çox haqsızlıqla üzləşmişəm. Bütün çətinliklərdə məni yalnız mahnı oxumaq xilas edib. Əvvəllər qohumların, yaxın adamların toylarında mahnı oxuyurdum. Mahnı oxuyanda dərhal hər şeyi unuduram. Mənəvi cəhətdən özümü mənfilikdən təmizləyirəm. Hər gün səhər tezdən həyətləri təmizləyirəm və mahnı oxuyuram. Sakinlər artıq buna öyrəşiblər”, - deyə Cəfərova bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1b/427786606_158:0:1876:1080_1920x0_80_0_0_3903d7ffd6fa511fc6a408891083eae4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, azərbaycan
multimedia, xəbərlər, azərbaycan
Bakıda xadiməlik edən bəy nəvəsi bir gecədə məşhurlaşdı
12:54 27.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Kafiyə Cəfərova həyatda çox çətinliklərlə qarşılaşsa da, musiqi ona ayaqda qalmaqda kömək edib. Odur ki mahnı oxumağın daşını atmaq fikrində deyil.
"TikTok" istifadəçisi tərəfindən təsadüfən çəkilən mahnı oxuyan xadimə ilə bağlı videoçarx sosial şəbəkələrdə böyük rezonans doğurub. Belə qəfil şöhrət Kafiyə Cəfərovanın özü üçün də sürpriz olub və ailəsində problem yaradıb.
Sputnik Azərbaycan Kafiyə Cəfərovanı taparaq onunla söhbət edib.
"Atam həkim idi", - deyir Cəfərova. "O, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Mircəfər Bağırovun dostu Çelbanəsir bəyin oğlu idi. Babamın Bakıda çoxlu dükanları, müxtəlif obyektləri var idi, sonra repressiyaya uğradı və bütün əmlakı əlindən alındı. Ailəmizdə hər kəs musiqini çox sevirdi. Qardaşım Bakı Musiqi Konservatoriyasında xalq artisti Məmmədbağır Bağırzadə ilə birlikdə oxuyub. Mən bəyin nəvəsi olsam da, küçələri süpürürəm. Bu arzuladığım iş deyil, amma başqa seçimim yox idi. Həyatım çox çətin keçib və bir çox haqsızlıqla üzləşmişəm. Bütün çətinliklərdə məni yalnız mahnı oxumaq xilas edib. Əvvəllər qohumların, yaxın adamların toylarında mahnı oxuyurdum. Mahnı oxuyanda dərhal hər şeyi unuduram. Mənəvi cəhətdən özümü mənfilikdən təmizləyirəm. Hər gün səhər tezdən həyətləri təmizləyirəm və mahnı oxuyuram. Sakinlər artıq buna öyrəşiblər”, - deyə Cəfərova bildirib.