Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı rəssamın Ərdoğana hədiyyə etdiyi əsər əsasında xatirə nişanları hazırlanıb

© © Murat Cetinmuhurdar / PPO / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Bu, həmyerlimizin əsərləri əsasında Türkiyə zərbxanasında çap edilən onuncu gümüş xatirə puludur. Xatirə pulu bu günlərdə İstanbul zərbxanasının mağazasında satışa çıxacaq.
BAKI, 27 avqust — Sputnik. Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən "1071 Malazgirt meydan müharibəsi" əsəri əsasında qardaş ölkədə xatirə nişanları hazırlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, azərbaycanlı rəssam, bu barədə özünün "Facebook" səhifəsində məlumat verib. Məlumatda bildirilir ki, İstanbulun Yeditəpə universitetinin professoru Rafiq Əziz tərəfindən bu il fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "1071 Malazgirt meydan müharibəsi" əsəri hədiyyə edilib.
Malazgirt zəfərinin 950-ci ildönümü münasibətlə Türkiyə Xəzinə və Maliyyə Nazirliyi Dövlət Zərbxanası həmyerlimizin yağlı boya ilə çəkilən adıgedən tablosu əsasında Türkiyə Prezidenti Administrasiyası gerbli qızıl və gümüş medalyon, eləcə də 20 türk lirəsi gümüş xatirə sikkəsi çap edib.
Bu medalyonlar Malazgirt zəfərinin 950 illiyi münasibətilə keçirilən tədbirdə xarici qonaqlara xatirə nişanəsi olaraq hədiyyə edilib.
Xatırladaq ki, bu, həmyerlimizin əsərləri əsasında Türkiyə zərbxanasında çap edilən onuncu gümüş xatirə puludur. Xatirə pulu bu günlərdə İstanbul zərbxanasının mağazasında satışa çıxacaq.
Azərbaycanın Əməkdar incəsənət xadimi Rafiq Əziz 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb. Müxtəlif ölkələrdə təşkil edilən 19 fərdi sərginin müəllifidir. 160-dan çox qrup sərgisində (müxtəlif ölkələrdə) iştirak edib. Türkiyənin dövlət muzeylərində onun 170-dən çox tarixi mövzuda yağlı boya ilə rəsm əsəri saxlanılır. Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 10 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynının müəllifidir. Mustafa Kamal Atatürkün ən yaxşı rəsmlərinin müəlliflərindən biri kimi tanınır. Hazırda Türkiyədə yaşayır.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала