SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi bildirilib.
BAKI, 27 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik", - məlumatda bildirilir.
Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.
Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.
Həmçinin oxuyun:
Yer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıb
Xəbər lenti
0