https://sputnik.az/20210826/osteoartritin-mualicesinde-yeni-usul-tapildi-427783204.html
Osteoartritin müalicəsində yeni üsul tapıldı
Osteoartritin müalicəsində yeni üsul tapıldı
Sputnik Azərbaycan
Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan... 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T22:44+0400
2021-08-26T22:44+0400
2021-08-26T21:56+0400
xəbərlər
səhiyyə
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427371384_0:29:3073:1757_1920x0_80_0_0_35cd4e6be6b95e1b1df6a8655f2b684b.jpg
BAKI, 26 avqust — Sputnik. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolları simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.Yaponiya və ABŞ alimləri miR-455 molekulunun osteartritlə nəticələnən qığırdaq toxumasının parçalanmasının qarşısını almağa qadir olduğunu üzə çıxarıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, "Nature Сommunications" jurnalında bu barədə məqalə dərc olunub. Məqaləyə görə, osteoartritin müalicəsində istifadə olunacaq yeni metodun əsasında məhz bu mikroRNT dayanır.Qığırdaq toxumasının zədələnməsi nəticəsində yaş artdıqca yaranan oynaq xəstəliyi – osteoartritdən dünyada milyonlarla insan əziyyət çəkir. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.Skripps İnstitutu və Tokio Tibb və Stomatologiya Universitetinin tədqiqatçıları qığırdaq istehsalı və parçalanması prosesini tənzimləyən yalnız bir mikroRNT-yə diqqət yetiriblər. Tədqiqatçılar insan qığırdaq nümunələrində miR-455 molekulunun səviyyəsini araşdıraraq osteoartritdən əziyyət çəkən şəxslərdə bu mikroRNT-nin səviyyəsinin xeyli dərəcədə aşağı olduğunu müəyyənləşdiriblər. Bu məqsədlə gəmiricilər üzərində təcrübə aparılıb və alimlər yekun qənaətə gəliblər ki, miR-455 molekulu osteoartritin müalicəsində yeni bir terapevtik vasitə ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/02/427371384_48:0:2779:2048_1920x0_80_0_0_1331450463f92d041c0ed6777515f363.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Osteoartritin müalicəsində yeni üsul tapıldı
Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.
BAKI, 26 avqust — Sputnik. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolları simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.
Yaponiya və ABŞ alimləri miR-455 molekulunun osteartritlə nəticələnən qığırdaq toxumasının parçalanmasının qarşısını almağa qadir olduğunu üzə çıxarıblar.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, "Nature Сommunications" jurnalında bu barədə məqalə dərc olunub. Məqaləyə görə, osteoartritin müalicəsində istifadə olunacaq yeni metodun əsasında məhz bu mikroRNT dayanır.
Qığırdaq toxumasının zədələnməsi nəticəsində yaş artdıqca yaranan oynaq xəstəliyi – osteoartritdən dünyada milyonlarla insan əziyyət çəkir. Hazırda bu xəstəliklə mübarizə aparmağın yolu yalnız simptomların aradan qaldırılması və oynaq protezləridir. Bu səbəbdən də elm adamları xəstəliyə səbəb olan mexanizmləri müəyyən etməyə çalışırlar.
Skripps İnstitutu və Tokio Tibb və Stomatologiya Universitetinin tədqiqatçıları qığırdaq istehsalı və parçalanması prosesini tənzimləyən yalnız bir mikroRNT-yə diqqət yetiriblər. Tədqiqatçılar insan qığırdaq nümunələrində miR-455 molekulunun səviyyəsini araşdıraraq osteoartritdən əziyyət çəkən şəxslərdə bu mikroRNT-nin səviyyəsinin xeyli dərəcədə aşağı olduğunu müəyyənləşdiriblər. Bu məqsədlə gəmiricilər üzərində təcrübə aparılıb və alimlər yekun qənaətə gəliblər ki, miR-455 molekulu osteoartritin müalicəsində yeni bir terapevtik vasitə ola bilər.