CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nağdsız əməliyyatlar kəskin artıb

© pixabay / 3112014Кредитная карта и POS-терминал, фото из архива
Кредитная карта и POS-терминал, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Mərkəzi Bank bu ilin 7 ayı ilə bağlı statistik bülleten dərc edib. Həmin bülletendə ödənişlər sektoru ilə bağlı da məlumatlar var.
BAKI, 26 avqust — Sputnik. Bank sistemi üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 88 min ədəd artaraq 10 milyon 139 min təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% artıb.
Sputnik Azərbaycan Mərkəzi Bankın statistikasına istinadla xəbər verir ki, ödəniş kartlarında artım debet kartları üzrə 14%, kredit kartları üzrə 26% təşkil edib.

Əməkhaqqı kartlarının sayı artıb

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 174 min, kredit kartları 259 min, digər kartlar isə 1 mln. ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 7 ayı ilə müqayisədə 61% artıb. 2021-ci ilin 7 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 5194 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2773 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 2105 mln. manatı POS-terminallar, 316 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Bankomatların və POS-terminalların sayı artıb

İyul ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28.7%-ni təşkil edib. Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 9.2%, POS-terminalların sayı 8.1% artıb.
Eləcə də oxuyun:
Professor: “Elektron valyutanın tətbiqi hər hansı problem yaratmayacaq”
Böyüyən iqtisadiyyatımız, ucuzlaşan kağız və dövlət borcu - həftəni nə ilə qapadıq
Xəbər lenti
0