https://sputnik.az/20210826/Ombudsman-Aparat-Ermnistann-nvbti-txribat-il-bal-byanat-yayd-427776264.html
Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı
Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı
Sputnik Azərbaycan
Azərbaycanın Ombudsman Aparatı Ermənistana beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladıb. 26.08.2021, Sputnik Azərbaycan
2021-08-26T10:09+0400
2021-08-26T10:09+0400
2021-11-17T00:02+0400
cəmiyyət
xəbərlər
siyasət
sərhəd
erməni təxribatı
ermənistan
qubadlı
ombudsman aparatı
bəyanat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426831531_0:67:1280:787_1920x0_80_0_0_8c3e87074b8f4a531f0ba30983026a11.jpg
BAKI, 26 avqust - Sputnik. Azərbaycan Ombudsman Aparatı Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücum edib. İki erməni hərbçi ilə əlbəyaxa döyüş zamanı əsgər Ruslan Şirəliyevə sinə nahiyəsindən süngü ilə zərbə endirilib. Erməni hərbçilər cinayəti törədərək meşəlik əraziyə doğru geri istiqamətdə qaçıblar."Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq", - Ombudsman Aparatının bəyanatında deyilir.Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 25-i saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır.Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçmışlar.Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.Eləcə də oxuyun:Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb - VİDEOErmənistanın azərbaycanlılara qarşı nifrət siyasəti – Hesabatın ikinci hissəsiErmənilər Kəlbəcərdə İstisunu atəşə tutublar
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1e/426831531_72:0:1209:853_1920x0_80_0_0_05b6e1e25215c41c2896e80c84c426ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, sərhəd, erməni təxribatı, ermənistan, qubadlı, ombudsman aparatı, bəyanat, azərbaycan
xəbərlər, sərhəd, erməni təxribatı, ermənistan, qubadlı, ombudsman aparatı, bəyanat, azərbaycan
Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı
10:09 26.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Azərbaycanın Ombudsman Aparatı Ermənistana beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladıb.
BAKI, 26 avqust - Sputnik. Azərbaycan Ombudsman Aparatı Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıb.
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücum edib. İki erməni hərbçi ilə əlbəyaxa döyüş zamanı əsgər Ruslan Şirəliyevə sinə nahiyəsindən süngü ilə zərbə endirilib. Erməni hərbçilər cinayəti törədərək meşəlik əraziyə doğru geri istiqamətdə qaçıblar.
"Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq", - Ombudsman Aparatının bəyanatında deyilir.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 25-i saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır.
Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçmışlar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.