https://sputnik.az/20210825/eirlri-dillr-zbri-olan-airin-doum-gndr-427770364.html
Şeirləri dillər əzbəri olan şairin doğum günüdür
Şeirləri dillər əzbəri olan şairin doğum günüdür
Sputnik Azərbaycan
Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T11:22+0400
2021-08-25T11:22+0400
2023-08-25T10:58+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
azərbaycan
xalq şairi
https://cdnn1.img.sputnik.az/img/41319/06/413190685_0:0:1800:1014_1920x0_80_0_0_76a28f9f10b4d25d6f5cda2ec41bf25b.jpg
BAKI, 25 avqust — Sputnik. Bu gün Azərbaycan poeziyasına öz adının qızıl hərflərlə yazdırmış Fikrət Qocanın doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, görkəmli şair 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.Əsərləri 1956-cı ildən mətbuatda çap edilən şair Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyət göstərib.Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapan şair dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib. O cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin Milli Qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik, — qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.Bütün bunlarla yanaşı, F.Qoca Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa yazarların əsərlərini tərcümə edib. Eyni zamanda onun da əsərləri bir sıra xarici dillərə tərcümə olunub. "Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s. şeirlərinə musiqi bəstələnib. Bir çox filmlərdə - "Uşaqlığın son gecəsi", "Qayınana", "Romeo mənim qonşumdur", "Qonşu qonşu olsa" səslənən musiqilərin sözləri Fikrət Qocaya məxsusdur.Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf" ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.Allah rəmət eləsin!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41319/06/413190685_59:0:1659:1200_1920x0_80_0_0_13249d8cea9473ff3ceb6af755b99601.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan, xalq şairi
xəbərlər, azərbaycan, xalq şairi
Şeirləri dillər əzbəri olan şairin doğum günüdür
11:22 25.08.2021 (Yenilənib: 10:58 25.08.2023) Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. "Ölüm ayrılıq deyil", "Hələlik, — qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.
BAKI, 25 avqust — Sputnik. Bu gün Azərbaycan poeziyasına öz adının qızıl hərflərlə yazdırmış
Fikrət Qocanın doğum günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, görkəmli şair 1935-ci il avqustun 25-də
Ağdaş rayonunun
Kotanarx kəndində anadan olub.
Əsərləri 1956-cı ildən mətbuatda çap edilən şair Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru olub. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyət göstərib.
Çap etdirdiyi şeir kitablarında vətən məhəbbəti, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri öz əksini tapan şair dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olmuş, həmin ölkələrə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib. O cümlədən, Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin Milli Qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") və b. haqqında poemalar yazıb.
Şairin 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil", "Hələlik, — qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.
Bütün bunlarla yanaşı, F.Qoca Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqa yazarların əsərlərini tərcümə edib. Eyni zamanda onun da əsərləri bir sıra xarici dillərə tərcümə olunub. "Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s. şeirlərinə musiqi bəstələnib. Bir çox filmlərdə - "Uşaqlığın son gecəsi", "Qayınana", "Romeo mənim qonşumdur", "Qonşu qonşu olsa" səslənən musiqilərin sözləri Fikrət Qocaya məxsusdur.
Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni, "Şərəf" ordeni, "İstiqlal" ordeni ilə təltif olunub. Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.