SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna: böhranın ildönümü

© Sputnik / Stringer / Mediabanka keçid"Марш защитников" в Киеве
Марш защитников в Киеве - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Ekspert: İndi xarici ölkədən yardım almadan keçinmək mümkün deyil. Ukrayna böhranı Ukraynanın daxili resursları sayəsində həll edilə bilməz.
BAKI, 25 avqust — Sputnik. Beynəlxalq şərhçi Rostislav İşşenko – Sputnik üçün.
Ukrayna avqustun 24-də formal müstəqilliyinin 30-cu ildönümünü təntənəli şəkildə qeyd etdi. Ancaq düşünüldüyünün əksinə olaraq, Ukrayna böhranı nə 2014-cü ildə, nə də 2004-cü ildə deyil, məhz bu ölkənin müstəqilliyinin elan edildiyi vaxt (SSRİ-nin rəsmi olaraq dağılmasından əvvəl) başlayıb.
Hələ o zaman sovet respublikasının rəhbərləri vətəndaşlıq prinsipinə əsaslanan müasir dövlət qurmaq niyyətini riyakarlıqla bəyan edərək, əslində etnik cəhətdən təmiz ölkə yaratmaq xülyasına qapılmışdılar.
Dərhal yerli rus icmasına qarşı yönəlmiş "qeyri-vətəndaş institutu"nu işə salan Latviya və Estoniyadan fərqli olaraq, Ukrayna millətçiləri təzyiqləri tədricən artırdılar.
Buna görə də, yarandıqları dövrdə nisbətən zəif siyasi böhran yaşayan Baltikyanı dövlətlər yerli rusların müqavimət ehtimalının qarşısını uzun müddətə ala bildilər.
90-cı illərin əvvəllərində Rusiya siyasi cəhətdən zəif, iqtisadi cəhətdən diqqəti cəlb etməyən ölkə idi və Baltikyanı dövlətlərdə yaşayan rusların əhəmiyyətli bir hissəsi, nəyin bahasına olursa olsun, yerli cəmiyyətlərə inteqrasiya etməyi üstün tuturdular. Buna tab gətirməyənlər isə demək olar ki, 90-cı illərin sonuna qədər Rusiya Federasiyasının miqrasiya qanunvericiliyində immiqrasiya ilə bağlı güzəştlərdən yararlanaraq Rusiyaya köçdülər. Beləliklə, Baltikyanı ölkələrdəki rus icması parçalandı, müqavimət göstərmək istəyən qüvvələr isə marginallaşdırıldı.
Əvvəlcə ruslar barədə
Ukraynada başqa yolla getdilər. Rusların qanunvericilikdə nəzərdə tutulan hüquqları uzun müddətdir ki, praktiki olaraq pozulmayıb. Ukraynalaşdırma, necə deyərlər, sürüşmə üsulu ilə aparılırdı və bu, demək olar ki, əhalinin əksəriyyətinin gözündən yayınırdı. Bu uzun müddət etnik sülhü qorumaq və yerli rusları könüllü şəkildə həqiqi (pasportda olmasa da) ukraynalılara "çevirməyə" imkanı verdi.
Ancaq 2005-ci ildən (Yuşşenkonun hakimiyyətinin əvvəlindən) dövlət mediada, mədəniyyət və incəsənət sahəsində dil kvotaları reallaşdırmağa başladı. Rəsmilər Ukraynanın əksər şəhərlərinin küçələrində yalnız rus dilində danışıqların eşidilməsindən narazılıqlarını ifadə etməyə başladılar. Təhsilin güclü şəkildə ukraynalaşdırılmasına start verildi. Ukraynanın paytaxtındakı rus məktəbləri elit təhsil müəssisələrinə çevrildi, belə ki, dörd milyon (rəsmi olaraq 2,6 milyon) əhalisi olan şəhərdə onların sayı 10-dan da az qaldı. Ukraynanın qərbində rus dilində tədris demək olar ki, tamamilə aradan qalxdı.
Dövlət təbliğatı ukraynalı olan (ya da, sadəcə Ukraynada yaşayanların) və öz dilini öyrənə bilməyənlərin beyninə tədricən natamamlıq düşüncəsini yeritməyə başladı.
Ukraynanın əksər rusdilli vətəndaşları Ukrayna dilini bilirdilər, çünki USSR-nin məktəblərində bu dil mütləq şəkildə tədris olunurdu. Digər tərəfdən, insanlar doğulduğu gündən ailədə eşitdikləri ana dilində danışmağa üstünlük verirdilər.
Ancaq rusdillilərə hesablanmış natamamlıq tezisi öz işini görməyə başlayır və insanlar seçim etmək məcburiyyətində qalırdılar. Bəziləri özünü gündəlik həyatda Ukrayna dilindən istifadəyə məcbur etməyə başlayırdı. Əslində, bunun bir o qədər də əhəmiyyəti yox idi, çünki "əsl vətənpərvərlər" belə hələ də Ukrayna dilində rus ləhcəsi ilə danışırdılar.
Dövlət isə dil məsələsinin üstünə daha çox düşməklə hətta özünü "patentli ukraynalı" hesab edən və Ukraynanın Moskvadan qoparılmasına verdikləri töhfə dəyərləndirmədiyindən incik düşən Maydan fəallarının belə narazılığına səbəb olurdu.
Daha sonra milliyyətçilər fəallaşır
Nəticədə, bu gün onsuz da son dərəcə rəngarəng olan Ukrayna etnopolitik reallığı bir az da parçalanır. Ukraynada yaşayan ruslar, Rusiyaya getmək istəyənlərlə, hansısa ittifaq konstruksiyasının bərpasını (Moskva nəsə tikmək və ya pul vermək xaricində Ukraynanın idarəetməsinə qarışmır ) arzulayanlara bölünür.
Ukraynalılar isə bu ölkəni Avropa İttifaqı və NATO-ya qoşmayana qədər (bundan sonra bütün problemlər öz-özünə həll olunacaq) prezident eksperimentlərini davam etdirmək fikrində olanlarla Ukrayna ərazisində avtarkiya yaratmaq arzusunda olanlara bölünür. Bundan başqa, bütün yaxşı hissləri təhqir olunmuş rusdilli Maydan fəalları və rus olmaqdan çıxdıqlarını düşünən, amma özlərini ukraynalı kimi də hiss etməyən "ATO" qəhrəmanları (Ukraynanın şərqində baş vermiş hərbi münaqişə-red.) da var.
Aydın məsələdir ki, dövləti formalaşdırmalı olan xalqla bağlı belə çətin vəziyyətə düşən ölkədə sabitlikdən danışmağa dəyməz. Bununla yanaşı, ukraynalaşma uğrunda mübarizə iqtisadiyyatı fəlakətli vəziyyətə gətirib çıxardığına görə, maliyyə-siyasi qruplaşmalarından ibarət elitanın parçalanması vəziyyəti bir az da ağırlaşdırırdı.
Cəmiyyət də oxşar problemlə üzləşib. İş yerlərinin kəskin çatışmazlığı, real əmək haqqının aşağı düşməsi və hər şeyin qiymətinin artması şəraitində ölkə vətəndaşlarının ən az on milyonu (Ukrayna rəsmi məlumatlarına görə) daim xaricdə işləyir. Pessimistlər hətta onların 15 milyon olduğunu söyləyirlər.
Nikbin hesablamalara görə, bu gün Ukraynanın real daimi əhalisinin 35 milyon nəfər olduğunu (pessimistlər 25 milyondan dəm vururlar) nəzərə alsaq, demək olar ki, hər ukraynalı ailəsindən bir nəfər xaricdədir.
Bilirik ki, Ukraynada qazanc dalınca getməyən və özünü heç də pis hiss etməyən minlərlə ailə də tapmaq olar. Biz orta statistik rəqəmlərdən bəhs edirik ki, aydın məsələdir ki, Zelenski, Kuçma və ya Timoşenkonun qohumlarının qazanc üçün heç bir yerə getməyə ehtiyacı yoxdur, onlar hətta xaricdən kimisə himayəyə götürə bilərlər. Ancaq bu vəziyyət Ukraynanı əbədi olaraq tərk edən çoxlu sayda ailə tərəfindən "kompensasiya" edilir.
Məsələ burasındadır ki, hətta Ukraynadan Rusiya vətəndaşlığına keçənlərin sayı ilə bağlı Rusiya və Ukraynanın məlumatları kəskin şəkildə fərqlənir. Rusiya beş illik müddət ərzində Ukrayna vətəndaşlarına təxminən bir milyona yaxın pasport verib (Krım istisna olmaqla və cari ilin məlumatları nəzərə alınmadan), Ukrayna isə belə hesab edir ki, bu müddət ərzində yarım mindən az vətəndaşını itirib.
Üstəlik, 30 il ərzində illik minlərlə və hətta on minlərlə insana macar, rumın pasportları, polyak kartları verilir. Ukraynalılar İtaliya, Portuqaliya, Böyük Britaniya, Almaniya, Avstraliya, Kanada, ABŞ vətəndaşlığı alırlar.
Yəni, ölkədəki demoqrafik vəziyyəti xarakterizə edən rəsmi Ukrayna strukturlarının fəlakətli hesablamaları belə çox ümidsizcəsinə şişirdilir. Ancaq ən optimist qiymətləndirmələr belə Ukrayna cəmiyyətinin parçalandığını və ya normal ictimai həyatı, hətta öz dövlətçiliyini bərpa etmək gücündə olmadığını iddia etməyə əsas verir.
İndi xarici ölkədən yardım almadan keçinmək mümkün deyil. Ukrayna böhranı Ukraynanın daxili resursları sayəsində həll edilə bilməz. Ancaq bu gün kənardan müdaxilə etmək mümkün deyil. Ukrayna cəmiyyəti parçalanmış olsa da, ən müxtəlif qrupların əksəriyyəti Ukraynanın gələcəyinə nisbətən nikbin qiymət verməyə razıdır. Bəziləri "Məsih"in zühuruna ümid edir, bir qismi Qərbin onsuz da onları atmayacağına əmindir, bəziləri də Rusiyanı gözləyir, amma bu və ya digər şəkildə Ukraynanın parlaq gələcəyi ilə bağlı xəyallar tükənməzdir və onlarda hələ də ukraynalıların qonşularından üstünlüyü ilə bağlı hissləri ölməyib.
Bu vəziyyətdə ya Ukrayna tərəfindən onlara qarşı açıq təcavüz, ya da Ukrayna əhalisinin bir hissəsinin eyni dərəcədə açıq şəkildə soyqırımı (etnik, linqvistikdən, dini mənsubiyyət və ya digər hər hansı bir səbəbdən asılı olmayaraq) qonşu ölkələri müdaxiləyə məcbur edə bilər. Hətta dövlətlər bu vəziyyəti əvvəlcədən planlaşdırmağa çalışsalar da, konkret situasiyanı və yaranmış problemlərin mahiyyətini qabaqcadan müəyyənləşdirmək mümkün deyil.
Nəticədə, əhalinin daha da azalması, siyasi və inzibati qurumların səmərəliliyinin aşağı düşməsi, iqtisadi əlaqələrin zəifləməsi və cəmiyyətin dağılması ilə Ukraynanın ortadan qalxma variantı yaxın bir neçə il üçün ehtimal olaraq qalır.
Əhalinin azalması dövlətin doyurmaq məcburiyyətində olduğu ac qarınların da azalmasına səbəb olar, iqtisadi infrastrukturun ukraynalıların özləri tərəfindən məhv edilməsi onun bərpası məsələsini birdəfəlik həll edər, siyasi qurumların tənəzzülü onların yerində yenilərinin yaradılmasını asanlaşdırar.
Beləliklə, son onillikdə kəskin mərhələyə keçən otuz illik Ukrayna böhranından çıxmaq istənilən variantda xarici müdaxiləni nəzərdə tutur, onsuz bu ərazi və onun əhalisinin tənəzzülü davam etməyə məhkumdur.
Yeganə problem ondadır ki, bu cür müdaxilə effektiv olaraq yalnız bütün maraqlı ölkələr tərəfindən səmərəli və razılaşdırılmış şəkildə həyata keçirilə bilər və bu yalnız uzun danışıqlardan və razılaşmalardan sonra mümkündür ki, onlara da hələ başlanılmayıb.
Mövcud geosiyasi reallığı nəzərə alaraq, belə müdaxilə üçün şərait qəfil yarana bilər və hadisələr əvvəlcədən qəbul edilmiş plana tam uyğun olmayaraq təbii şəkildə inkişaf edər. Bu da öz növbəsində dəyişən vəziyyətə çevik və operativ reaksiya tələb edəcək.
Belə çətin vəziyyətdə maksimum effekt əldə etmək, yalnız o halda mümkündür ki, buna nail olmaq üçün yolverilən xərcləri, strateji hədəfi və sərf olunan mənbələrin maksimum miqdarını əvvəlcədən təyin etməklə mümkün olsun.
Bu, şübhəsiz ki, Ukraynada əhalinin qorunub saxlanması üçün heç də təsəlliverici diaqnoz deyil.
Ancaq bu işdəki rolunu otuz il bundan əvvəl o özü seçib və o vaxtdan bəri bu qərar daim təsdiqlənir.
Həmçinin oxuyun:
Ukrayna otuz il sonra: seçim problemi
Xəbər lenti
0