https://sputnik.az/20210825/Qarabada-yeni-iqtisadiyyat-quruculuu-mvzusunda-elmi-praktik-konfrans-keirilck-427773639.html
Qarabağda yeni iqtisadiyyat quruculuğu mövzusunda elmi-praktik konfrans keçiriləcək
Qarabağda yeni iqtisadiyyat quruculuğu mövzusunda elmi-praktik konfrans keçiriləcək
Sputnik Azərbaycan
Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın... 25.08.2021, Sputnik Azərbaycan
2021-08-25T16:50+0400
2021-08-25T16:50+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
elm
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428343_0:0:3073:1728_1920x0_80_0_0_bac8797308fa235e39df62c69d606bd3.jpg
BAKI, 25 avqust — Sputnik. "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Təşkilat komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda konfransa məqalə və tezislərin qəbulu davam edirBu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.Konfransda:- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.Tərtibat qaydası barədə və əlavə məlumatlar üçün əlaqə: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Gülzar Mustafayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427252354_0:0:1093:1092_100x100_80_0_0_187d3984a0dc866ce6f144bb0bd395c0.jpg
Gülzar Mustafayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427252354_0:0:1093:1092_100x100_80_0_0_187d3984a0dc866ce6f144bb0bd395c0.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427428343_0:0:2731:2048_1920x0_80_0_0_8ea12fba82b95a5e3e46e7f02f4c3775.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Gülzar Mustafayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427252354_0:0:1093:1092_100x100_80_0_0_187d3984a0dc866ce6f144bb0bd395c0.jpg
xəbərlər, azərbaycan
Qarabağda yeni iqtisadiyyat quruculuğu mövzusunda elmi-praktik konfrans keçiriləcək
16:50 25.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək.
BAKI, 25 avqust — Sputnik. "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları”
Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Təşkilat komitəsindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda konfransa məqalə və tezislərin qəbulu davam edir
Bu il 16-17 sentyabr tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkil etdiyi Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada keçiriləcək. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.
- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı istiqamətlərində müzakirələr aparılacaq.
Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.
Tərtibat qaydası barədə və əlavə məlumatlar üçün əlaqə: +99412 599 99 97 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı).