İranda "Dəniz kuboku" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib

İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani mərasim iştirakçılarını və qonaqları salamlayaraq "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın daha da artırılması məqsədilə təşkil olunduğunu vurğulayıb.
BAKI, 25 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Beynəlxalq Ordu Oyunlarının və "Dəniz kuboku" müsabiqəsinin bayraqları meydana gətirilib.
Çıxış edənlər "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib, Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar.
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani mərasim iştirakçılarını və qonaqları salamlayaraq "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılması məqsədilə təşkil olunduğunu vurğulayıb, iştirakçı komandalara uğurlar arzulayıb.
Sonda "Dəniz kuboku" müsabiqəsinin iştirakçılarının hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi olub.
Sentyabrın 4-dək davam edəcək müsabiqədə hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi", "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı""Dəniz hazırlığı" mərhələlərində mübarizə aparacaqlar.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала