CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hindistanda onlarla dindar könüllü olaraq bir-birinə daş atıb

© AFP 2024Hindistanda festival iştirakçıları, arxiv şəkli
Hindistanda festival iştirakçıları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Söhbət ay bədirlənmə günü şərəfinə Hindistanın Uttarakxand əyalətində, Devidhura məbədinin ərazisində keçirilən "Baqval" festivalından gedir.
BAKI, 23 avqust — Sputnik. Hindistan şimalında hər il keçirilən dini daş atma festivalında 75 nəfər xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"The Times of İndia"nın verdiyi məlumata görə, görə, söhbət ay bədirlənmə günü şərəfinə Hindistanın Uttarakxand əyalətində, Devidhura məbədinin ərazisində keçirilən "Baqval" festivalından gedir.
Festival zamanı insanlar könüllü olaraq bir-birlərinə daş ataraq hakim olan tanrının rəğbətini qazanmaq üçün qan tökürlər. Bu il tədbirdən sonra 75 nəfər tibbi yardıma müraciət edib.
Məbəd icmasının üzvü bildirib ki, 2013-cü ildə məhkəmə dindarlara daşlar əvəzinə çiçək və meyvələrdən istifadə etməyi məcbur edib. Ancaq qan tökülməyəcəyinə görə, tanrının qisasından qorxduqları üçün hindular belə bir tədbirlə razılaşmayıblar.
 
Xəbər lenti
0