CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan azərbaycanlılarına peyvənd vurulmur? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovВакцинация сотрудников отельной индустрии в Азербайджане
Вакцинация сотрудников отельной индустрии в Азербайджане - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Gürcüstan vətəndaşı olan azərbaycanlılar peyvənd olunmaq üçün e-randevu sistemində qeydiyyatdan keçə bilməsələr də, ölkəmizdə müvəqqəti olma sənədi ilə Bakı Sağlamlıq Mərkəzində peyvənd oluna bilərlər.
BAKI, 25 avqust — Sputnik. Millət vəkili Fazil Mustafa Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanda koronavirus əleyhinə vaksin olunmadığını bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə deputat Facebook sosial şəbəkəsindəki hesabında yazıb:
"Bu da başqa bir biabırçılıqdır. Gürcüstan vətəndaşı olan çoxlu soydaşımız var. Onlar nə etsinlər? Artıq illərdir evləri-eşikləri burada olsa da, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxunda da bu sənəd yoxdur. Müvafiq qurumlara çağırış edirəm, onların siyahısı hökumətdə olmalıdır. Ayrıca olaraq məhz faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır. Sabah bununla bağlı TƏBİB-ə və Səhiyyə Nazirliyinə deputat sorğusu ilə rəsmi müraciət də edəcəyəm. Üst-üstə soydaşlarımızın sayı 100-150 min olsun . Buna vaksinimiz yetməyəcək? Təcili yığışıb bir qərar qəbul etmək lazımdır. Operativ Qərargah da bu ciddi məsələni diqqətdə saxlamalıdır", - deyə deputat bildirib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar peyvənd olunmaq üçün e-randevu sistemində qeydiyyatdan keçə bilməsələr də, ölkəmizdə müvəqqəti olma sənədi ilə Bakı Sağlamlıq Mərkəzində peyvənd oluna bilərlər.
Qeyd edək ki, müvəqqəti olma sənədi Azərbaycan sərhədini keçən Gürcüstan vətəndaşlarına 90 gün müddətinə verilsə də, artıq bir ildən çoxdur ki, Gürcüstan azərbaycanlılarının çoxu pandemiya və Gürcüstan-Azərbaycan quru sərhədi bağlı olduğundan ölkəmizdən öz evlərinə gedə bilmirlər. Hava yolu açıq olsa da bəllidir ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar əsasən quru yoldan istifadə edirlər.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar pandemiya dövründə quru sərhəd bağlı olduğundan Azərbaycanda qaldıqlarından onların müvəqqəti olma müddəti avtomatik uzadılır:
"Amma gərək Gürcüstan vətəndaşları ölkədə müvəqqəti olma dövründə müvafiq qüsumu ödəsinlər. Onlar daha iki ay Azərbaycanda qalırlarsa, bu dövrdə də müvəqqəti olma ilə bağlı rüsum ödəməlidirlər. Rüsum ödənilibsə, sərhədlər bağlıdırsa onların ölkəmizdə müvəqqəti olma müddəti pandemiya səbəbindən heç bir rüsum olmadan sərhədlər açılanadək uzadılır" deyə E. Kələntərov bildirib.
Həmçinin oxuyun:
Səhiyyə Nazirliyi 3-cü doza peyvəndlə bağlı...
Xəbər lenti
0