CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş pediatr: “Uşaqlarda yaddaş artırmaq üçün dərmanlardan istifadə etmək düzgün deyil”

© Photo : Child Health Center Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib ki, uşağın yaddaşını artırmaq üçün ilk növbədə onun psixoloji durumunu tənzimləmək lazımdır
Erkin Rəhimov: “Valideyn uşağı qorxu və stresdən uzaq tutmalıdır”
Uşaqlarda yaddaş artırmaq üçün valideynlərin hər hansısa dərmandan istifadə etməsi düzgün deyil.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
O bildirib ki, tibdə bu günə qədər uşaq yaddaşını artıracaq hər hansısa bir dərman sübuta yetirilməyib: “Bu cür dərmanlardan istifadə etmək düzgün deyil və nəticəsizdir. Uşağın yaddaşını artırmaq üçün ilk növbədə onun psixoloji durumunu tənzimləmək lazımdır. Daha sonra isə valideyn uşaqla daha çox məşğul olmalı, yaddaş artırmaq üçün ona çoxlu şeir əzbərlətməlidir. Valideyn uşağı qorxu və stresdən uzaq tutmalıdır”.
Erkin Rəhimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0