https://sputnik.az/20210824/xarice-qaz-satishi-artib-427764399.html
Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb
Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb
Sputnik Azərbaycan
2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft və qaz hasilatı barədə məlumat açıqlanıb. Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9... 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T19:26+0400
2021-08-24T19:26+0400
2021-11-17T00:02+0400
xəbərlər
iqtisadiyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753622_0:130:3179:1918_1920x0_80_0_0_0c955bfabfd73202112bca6470b40ace.jpg
BAKI, 24 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.Neft hasilatı azalıbEnergetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.Respublika üzrə neft hasilatının 13,3 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,2 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.16,4 milyon ton neft ixrac edilibHesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilibCari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kubmetr qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri AÇG-dən, 12 milyard kubmetri "Şahdəniz"dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.Xaricə qaz satışı 35 faiz artıbHesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya təqribən 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub."Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"-dən 537 milyon tondan çox neft, "Şahdəniz"dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.Yataqlar istismara veriləndən cari ilin 1 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 184 milyard kubmetrdən çox, "Şahdəniz"dən isə 147 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.Neft emalı artıbÖlkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426753622_224:0:2955:2048_1920x0_80_0_0_89638e63ce6e1eda6d77f8ab1b95859b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, azərbaycan
Azərbaycanın xaricə qaz satışı 35 faiz artıb
19:26 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft və qaz hasilatı barədə məlumat açıqlanıb. Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib.
BAKI, 24 avqust — Sputnik. 2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən
Sputnik Azərbaycan-a məlumat verilib ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.
Respublika üzrə neft hasilatının 13,3 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,2 milyon tonu (kondensat) "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
16,4 milyon ton neft ixrac edilib
Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.
Azərbaycanda 24,1 milyard kubmetr qaz hasil edilib
Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kubmetr qaz hasil edilib. Qazın 7,5 milyard kubmetri AÇG-dən, 12 milyard kubmetri "Şahdəniz"dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kubmetr artımla qaz hasil edilib.
Xaricə qaz satışı 35 faiz artıb
Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kubmetr, Avropaya təqribən 4 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kubmetr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kubmetrdən çox qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"-dən 537 milyon tondan çox neft, "Şahdəniz"dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 1 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 184 milyard kubmetrdən çox, "Şahdəniz"dən isə 147 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın təxminən 100 milyard kubmetrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.