CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda pensiyaların orta məbləği nə qədər olub?

© Sputnik / © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
Dövlət Statistika Komitəsi ölkədə sosial təminat haqqında məlumat yayıb. Ölkəmizdə pensiyaçılar əhalinin 12,1 faizini təşkil edir.
 
BAKI, 24 avqust — Sputnik. 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214 min 100 nəfər (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 257 min 400 nəfər) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.
58,8 faizi yaşa görə pensiya alır
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.
Pensiyaların sığorta hissəsi indeksləşdirilərək artırılıb
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 98,7 min) nəfər, əlilliyə görə - 158,5 min (müvafiq olaraq 183,2 min) nəfər, ailə başçısını itirməyə görə - 48,8 min (48,3 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min (63,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min (29,1 min) nəfər olub.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 232 nəfər qəyyumuna aylıq müavinət verilib. Bundan əlavə, müxtəlif kateqoriyalı şəxslərin 8,7 min ailəsinə 13,3 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,2 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 341 şəxsə isə kompensasiya verilib.
32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə müavinətlər verilib
Cari ilin ilk altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 32,9 min ailəyə 33,6 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,9 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,2 min nəfərə birdəfəlik müavinətlər verilib.
2021-ci il iyulun 1-i vəziyyətinə 62 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil edib.
Bunlarla yanaşı, cari ilin iyulun 1-i vəziyyətinə müxtəlif kateqoriyadan olan 296,8 min şəxsə Azərbaycan Prezidentinin təqaüdü təyin olunub.
Eləcə də oxuyun: 
Bakıdakı DOST - vahid əlaqələndirmə mərkəzləri vətəndaşların qəbuluna başlayacaq
"Əlillik" üzərində qurulan daha bir oyun
Dövlət başçısı əmək pensiyaları ilə bağlı qanuna dəyişikliyi təsdiqləyib
Xəbər lenti
0