https://sputnik.az/20210824/neft-bahalashir-427764453.html
Azərbaycan nefti bahalaşdı
Azərbaycan nefti bahalaşdı
Sputnik Azərbaycan
Azərbaycan nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T13:46+0400
2021-08-24T13:46+0400
2021-11-17T00:02+0400
xəbərlər
neft qiymətləri ətrafındakı ajiotaj
cəmiyyət
iqtisadiyyat
azərbaycan nefti
qiymət
opec
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_0:0:3488:1963_1920x0_80_0_0_4774598b94f92cf14db34477489aee3e.jpg
BAKI, 24 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,48 dollar artaraq 68,12 dollar təşkil edib.Neft bahalaşırLondon birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 69,07 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 65,91 dollar olub.Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb."Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.Avqustun 1-dən etibarən isə OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426299051_757:0:3488:2048_1920x0_80_0_0_4475b9f759c4b01f33641d6fb56c9000.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər, neft qiymətləri ətrafındakı ajiotaj, azərbaycan nefti, qiymət, opec, azərbaycan
xəbərlər, neft qiymətləri ətrafındakı ajiotaj, azərbaycan nefti, qiymət, opec, azərbaycan
Azərbaycan nefti bahalaşdı
13:46 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Azərbaycan nefti keçən il minimuma enərək 15,81 dollar, 2008-ci ildə isə maksimuma yüksələrək 149,66 dollar olub.
BAKI, 24 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,48 dollar artaraq 68,12 dollar təşkil edib.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,32 dollar artaraq 69,07 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar bahalaşaraq 65,91 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
Avqustun 1-dən etibarən isə OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni "Əməkdaşlıq Bəyannaməsi" qüvvədədir. Yeni razılaşmaya görə, avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.