https://sputnik.az/20210824/muellimlerin-ishe-qebulu-ile-baqli-neticeler-aciqlandi-427767897.html
Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
Sputnik Azərbaycan
Biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T18:49+0400
2021-08-24T18:49+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
müəllim
işə qəbul
müsahibə
müsabiqə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:2001:1125_1920x0_80_0_0_e8ba9f12ec4968d3fa5d0068a37d4288.jpg
BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibələrdə uğur qazanan namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Sənədlərin təqdim olunması üçün son tarix 27 avqust saat 18:00-dur.Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.Məlumat üçün qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.Qeyd edək ki, avqustun 18 və 19-da keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Həmin tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.Xatırladaq ki, 24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsinin həyata keçirilməsinə start verilib. 24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək. Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.Eləcə də oxuyun:Diplomlu işsizlər- müəllim çox, iş yeri yox!Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424728642_0:0:1775:1331_1920x0_80_0_0_cb102da7497056b5ff853a98c7f58950.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, müəllim, işə qəbul, müsahibə, müsabiqə, azərbaycan
xəbərlər, müəllim, işə qəbul, müsahibə, müsabiqə, azərbaycan
Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr açıqlandı
18:49 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.
BAKI, 24 avqust — Sputnik. Bazar ertəsi, avqustun 23-də keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Biologiya, ingilis dili, rus dili və musiqi fənləri üzrə keçirilən müsahibələrdə 484 nəfər namizəd uğur qazanıb.
Təhsil Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibələrdə uğur qazanan namizədlər zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər. Sənədlərin təqdim olunması üçün son tarix 27 avqust saat 18:00-dur.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Məlumat üçün qeyd edək ki, çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Qeyd edək ki, avqustun 18 və 19-da keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Həmin tarixlərdə alman dili, fizika, fiziki tərbiyə, fransız dili, informatika, kimya, texnologiya, təsviri incəsənət və riyaziyyat fənləri üzrə keçirilən müsahibələrdə 1264 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə müəllim olaraq çalışmaq imkanı əldə edib.
Xatırladaq ki, 24-26 avqust tarixlərində 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsinin həyata keçirilməsinə start verilib. 24 avqust saat 11:00-dan etibarən start veriləcək müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Vakansiya seçimi zamanı namizədlərə 4 vakant yer seçmək hüququ veriləcək. Namizədlər 26 avqust saat 10:59-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Diplomlu işsizlər- müəllim çox, iş yeri yox!