https://sputnik.az/20210824/bu-muellimlerle-baqli-polise-muraciet-edilecek-nazir-mushaviri-427765733.html
Bu müəllimlərlə bağlı polisə müraciət ediləcək - Nazir müşaviri
Bu müəllimlərlə bağlı polisə müraciət ediləcək - Nazir müşaviri
Sputnik Azərbaycan
BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq. 24.08.2021, Sputnik Azərbaycan
2021-08-24T14:36+0400
2021-08-24T14:36+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
elm
təhsil
vaksinasiya
vaksin
covid-19 pasportu
saxta
müəllim
polis
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 24 avqust — Sputnik. Təhsil işçiləri arasında saxta COVID-19 pasportu alanların olduğu barədə məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan canlı yayımda bildirib.O deyib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil:R.Ağayev deyib ki, vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi poliklinikalardan əks-göstəriş haqqında arayışlar təqdim edib. Onun sözlərinə görə, avqustun 9-dan əks-göstərişə dair arayış forması hazırlanıb: "Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks-göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdırlar. Bunun da yolu vaksinasiyadır", - deyə o bildirib.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq. Amma Mehriban Vəliyeva deyib ki, hələ ki, indidən təhsil işçiləri ilə bağlı məhdudiyyətlər açıqlanmır: "Hələlik bunlar müzakirə mərhələsindədir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar".Eləcə də oxuyun:Distant qane etmir: əyani təhsil üçün isə vaksinasiya tələb olunurÖlkədə neçə şagird koronavirusa yoluxub? Nazirlik açıqladıDiplomlu işsizlər- müəllim çox, iş yeri yox!"Semaşko" yenidən bağlandı - Rəhbərlik təsdiqlədiHətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, təhsil, vaksinasiya, vaksin, covid-19 pasportu, saxta, müəllim, polis, elm və təhsil nazirliyi, bşti, azərbaycan
xəbərlər, təhsil, vaksinasiya, vaksin, covid-19 pasportu, saxta, müəllim, polis, elm və təhsil nazirliyi, bşti, azərbaycan
Bu müəllimlərlə bağlı polisə müraciət ediləcək - Nazir müşaviri
14:36 24.08.2021 (Yenilənib: 00:02 17.11.2021) BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq.
BAKI, 24 avqust — Sputnik. Təhsil işçiləri arasında saxta COVID-19 pasportu alanların olduğu barədə məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil nazirinin müşaviri
Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan canlı yayımda bildirib.
O deyib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil:
"Amma bəllidir ki, peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz. Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik", - deyə nazir müşaviri bildirib.
R.Ağayev deyib ki, vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi poliklinikalardan əks-göstəriş haqqında arayışlar təqdim edib. Onun sözlərinə görə, avqustun 9-dan əks-göstərişə dair arayış forması hazırlanıb: "Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks-göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdırlar. Bunun da yolu vaksinasiyadır", - deyə o bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq. Amma Mehriban Vəliyeva deyib ki, hələ ki, indidən təhsil işçiləri ilə bağlı məhdudiyyətlər açıqlanmır: "Hələlik bunlar müzakirə mərhələsindədir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar".
Distant qane etmir:
əyani təhsil üçün isə vaksinasiya tələb olunur
Diplomlu işsizlər- müəllim çox, iş yeri yox!