Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərin çoxu ağır xarakter daşıyır

Abunə olmaq
Son altı ay ərzində ölkədə cinayət vəziyyətinin daimi monitorinqi nəticəsində cinayətkarlıqla mübarizənin strukturunda və dinamikasında müsbət tendensiyalar müşahidə olunub.

Cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması baxımından Azərbaycan hələ də yüksək ictimai təhlükəsizliyi olan bir dövlət imicini qorumağa davam edir. Bunu daxili işlər orqanları 2021-ci ilin birinci yarısının nəticələrini yekunlaşdıraraq əminliklə söyləyib.

Son altı ay ərzində ölkədə cinayət vəziyyətinin daimi monitorinqi nəticəsində cinayətkarlıqla mübarizənin strukturunda və dinamikasında müsbət tendensiyalar müşahidə olunub.

Cari ilin birinci yarısında 14.928 cinayət qeydə alınıb ki, onlardan 84.3% -i (11849) daha az ağır (böyük ictimai təhlükə törətməyən), yalnız 15.7%-i (2236) isə ağır və xüsusilə ağır cinayətlərdir.

Qeydə alınmış cinayətlərin strukturunda 2660 (ötən ilin birinci yarısı ilə müqayisədə + 39 fakt) fiziki şəxsiyyətə qarşı, 5240 (+ 224) iqtisadi, 5026 (+ 175) mülkiyyət əleyhinə, 5688 (+ 1160) ictimai təhlükəsizlik və asayişə qarşı, 453 (+ 19) dövlət hakimiyyətinə qarşı cinayət törədilib.

Qeyd etmək lazımdır ki, zorakılıqla əlaqəli cinayətlərin ümumi sayı ötən illə müqayisədə 189 (-6,3%) vahid azalaraq 2828 fakt təşkil edib.

Cinayətlərin statistikası ilə daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0