https://sputnik.az/20210823/ctimai-nqliyyatda-v-ticart-obyektlrind-reyd-keirilib-427758962.html
İctimai nəqliyyatda və ticarət obyektlərində reyd keçirilib
İctimai nəqliyyatda və ticarət obyektlərində reyd keçirilib
Sputnik Azərbaycan
Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya... 23.08.2021, Sputnik Azərbaycan
2021-08-23T18:01+0400
2021-08-23T18:01+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
səhiyyə
reyd
ictimai nəqliyyat
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42387/03/423870306_0:0:3073:1728_1920x0_80_0_0_eb4fe1b5fc7fd32b42968cf2487746d6.jpg
BAKI, 23 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhərinin bütün rayonlarında ictimai nəqliyyatda, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər keçirilib.Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır.Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.Həmçinin oxyunu:Saxta COVID-19 pasportu verənlər aşkarlanıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/03/423870306_91:0:2822:2048_1920x0_80_0_0_e7bdee7ce642c9def582c656de579550.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər, reyd, ictimai nəqliyyat, azərbaycan
xəbərlər, reyd, ictimai nəqliyyat, azərbaycan
İctimai nəqliyyatda və ticarət obyektlərində reyd keçirilib
18:01 23.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.
BAKI, 23 avqust — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhərinin bütün rayonlarında ictimai nəqliyyatda, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər keçirilib.
Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maarifləndirmə işləri aparılır və tibbi maskalar paylanılır.
Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.