https://sputnik.az/20210823/Hftsonu-ictimai-yerlrd-aktiv-koronavirus-xstlri-akarland-427756510.html
Həftəsonu ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlandı
Həftəsonu ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlandı
Sputnik Azərbaycan
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. 23.08.2021, Sputnik Azərbaycan
2021-08-23T14:01+0400
2021-08-23T14:01+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425676579_0:0:1280:721_1920x0_80_0_0_0cc61001cb8363da49d99da6c4acbf35.jpg
BAKI, 23 avqust — Sputnik. 21 və 22 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir.Belə ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır.Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.Həmçinin oxuyun:Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/09/425676579_0:0:1280:960_1920x0_80_0_0_2ddff076be56711c334479838df5f753.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Həftəsonu ictimai yerlərdə aktiv koronavirus xəstələri aşkarlandı
14:01 23.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.
BAKI, 23 avqust — Sputnik. 21 və 22 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis ictimai nəqliyyatda kütləvi yoxlama-nəzarət tədbirləri keçirir.
Belə ki, xidməti formada və mülki geyimdə keçirilən tədbirlərdə tibbi maskadan istifadə etməyən, müəyən olunan norma və qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur, hərəkət iştirakçıları və sürücülərlə ilə profilaktik söhbətlər aparılır.
Polis əməkdaşları tərəfindən virus riskinin yüksək olduğu Bakı Metropoliteninin metrostansiyalarında, ictimai nəqliyyatda, taksilərdə, eləcə də digər qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin rejimi qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Daxili işlər orqanlarının əməkdaşları tərəfindən gücləndirilən nəzarət-profilaktik tədbirləri davam etdirilir.