Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əfsanəvi hokkeyçi vəfat edib

© AP Photo / Mark LennihanRod Jilber
Rod Jilber - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Rod Jilber 1961-78-ci illərdə bu klubun formasını geyinib. 18 mövsüm ərzində yalnız bir klubda çıxış edən hokkeyçi 1065 oyunda iştirak edib. O, Stenli kubokundakı 79 matçda 67 (34+33) xal toplayıb.
BAKI, 23 avqust — Sputnik. "Nyu-York Reyncers"in əfsanəvi hokkeyçisi Rod Jilber vəfat edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, sabiq hücumçu 80 yaşında ölüb.
O, 1982-ci ildən Milli Hokkey Liqasının Şöhrət Zalının üzvüdür. Jilber "Nyu-York Reyncers"in tarixində müntəzəm çempionatlarda ən məhsuldar oyunçusu (406 qol) və ən yaxşı bombardiridir (1021 xal, 406+615).
Məşhur idmançı 1961-78-ci illərdə bu klubun formasını geyinib. 18 mövsüm ərzində yalnız bir klubda çıxış edən hokkeyçi 1065 oyunda iştirak edib. O, Stenli kubokundakı 79 matçda 67 (34+33) xal toplayıb.
 
Xəbər lenti
0