Tarixin ən böyük təxliyələri fotoqrafiyalarda
17:15 22.08.2021 (Yenilənib: 20:29 16.11.2021)
Abunə olmaq
Kabil aeroportunda ölkəni ələ keçirən taliblərdən qaçan əcnəbilərin və xarici missiyalara işləyən əfqanların təxliyəsi davam edir. Dünyada daha hansı böyük təxliyələr olub - bizim fotolentimizdə izləyin.
ABŞ-ın Kabil aeroportunda gerçəkləşdirdiyi mülki şəxslərin təxliyəsi, müqyasında görə, yəqin ki, Amerika tarixində ikinci olacaq.
Əfqanıstanda vəziyyət taliblərin iri şəhərlərə hücumları ilə daha da gərginləşdi. Ötən həftə döyüşçülər bildirdilər ki, Kabilə daxil olaraq prezident sarayını nəzarətə götürüblər. Əfqanıstan lideri Əşrəf Qəni bəyan etdi ki, "qırğının qarşısını almaq üçün" ölkəni tərk edir. Bir qədər sonra Talibanın (1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb) siyasi ofisinin rəsmi nümayəndəsi Muhammad Naim bildirdi ki, ölkədə müharibə başa çatıb.
Xarici missiyaların əməkdaşlarının və onlara kömək edən əfqanların təxliyəsi Kabildəki yeganə aeroport vasitəsilə gerçəkləşdirilir. Bu proses sıxlıq və atışmalarla müşayiət olunur, həlak olanlar var.
Yerli sakinlərin təxliyəsi üzrə nə böyük əməliyyat isə 2008-ci ildə, ABŞ-ın cənub sahillərinə "Qustav" qasırğası yaxınlaşarkən keçirilmişdi. Luiziana ştatının sahil boyunca yaşayan əhalisinin təxminən 95%-i evlərini tərk etmişdi. Ümumilikdə iki milyonadək insan təxliyə edilmişdi.
Tarixdə baş verən ən böyük təxliyələri xüsusi fotolentimizdə izləyin.
© AFP 2024 / MANAN VATSYAYANA2013-cü il iyunun 21-də su basmış rayonlardan təxliyə edilən hindistanlı zəvvarlar.
1/9
© AFP 2024 / MANAN VATSYAYANA
2013-cü il iyunun 21-də su basmış rayonlardan təxliyə edilən hindistanlı zəvvarlar.
© AFP 2024 / BERTRAND PARRESHəkimlər Karakasın La Karlota xəstəxanasına Venesueladakı daşqınlardan xilas edilmiş hamilə qadını çatdırırlar, 19 dekabr, 1999.
2/9
© AFP 2024 / BERTRAND PARRES
Həkimlər Karakasın La Karlota xəstəxanasına Venesueladakı daşqınlardan xilas edilmiş hamilə qadını çatdırırlar, 19 dekabr, 1999.
© AFP 2024 / ANTONIO DESPOJAPinatubo vulkanının püskürməsi nəticəsində dağılmış Amerikanın Klark aviabazası və Subik hərbi dəniz bazasından təxliyə edilən ABŞ əsgərləri, 22 iyun, 1991.
3/9
© AFP 2024 / ANTONIO DESPOJA
Pinatubo vulkanının püskürməsi nəticəsində dağılmış Amerikanın Klark aviabazası və Subik hərbi dəniz bazasından təxliyə edilən ABŞ əsgərləri, 22 iyun, 1991.
© AFP 2024 / PATRICK BAZEfiopiyalı yəhudilər İsrail HHQ-nin təyyarəsində. "Süleyman əməliyyatı" çərçivəsində 36 saat ərzində 14325 adam çıxarılmış, ümumilikdə İsrail HHQ-nin 24 C-130 nəqliyyat və El Al aviaşirkətinin 10 sərnişin təyyarəsindən istifadə olunmuşdu. 25 may, 1991.
4/9
© AFP 2024 / PATRICK BAZ
Efiopiyalı yəhudilər İsrail HHQ-nin təyyarəsində. "Süleyman əməliyyatı" çərçivəsində 36 saat ərzində 14325 adam çıxarılmış, ümumilikdə İsrail HHQ-nin 24 C-130 nəqliyyat və El Al aviaşirkətinin 10 sərnişin təyyarəsindən istifadə olunmuşdu. 25 may, 1991.
© AFP 2024 / RABIH MOGHRABIMüharibə səbəbilə İraq və Küveyti tərk edən asiyalı (hindlilər, banqladeşlilər və pakistanlılar) qaçqınlar, 27 avqust, 1990.
5/9
© AFP 2024 / RABIH MOGHRABI
Müharibə səbəbilə İraq və Küveyti tərk edən asiyalı (hindlilər, banqladeşlilər və pakistanlılar) qaçqınlar, 27 avqust, 1990.
© AFP 2024 / /IPPA 1976-cı il iyunun 29-da Uqandada, Entebbedə fələstin terrorçularının girov götürdüyü Air France Airbus təyyarəsində girov olanlar 1976-cı il iyulun 7-də Tel-Əvivdə özlərinin İsrailə qayıdışlarını bayram edirlər. 1976-cı il iyulun 4-də İsrail xüsusi təyinatlıları 104 girovu azad etmişdilər.
6/9
© AFP 2024 / /IPPA
1976-cı il iyunun 29-da Uqandada, Entebbedə fələstin terrorçularının girov götürdüyü Air France Airbus təyyarəsində girov olanlar 1976-cı il iyulun 7-də Tel-Əvivdə özlərinin İsrailə qayıdışlarını bayram edirlər. 1976-cı il iyulun 4-də İsrail xüsusi təyinatlıları 104 girovu azad etmişdilər.
© AFP 2024 / -Paris aeroportunda girovluqdan azad edilənlər yaxınlarına zəng vururlar, 2 iyul, 1976.
7/9
© AFP 2024 / -
Paris aeroportunda girovluqdan azad edilənlər yaxınlarına zəng vururlar, 2 iyul, 1976.
© AFP 2024 / STFLuanda aeroportunda Lissabona təxliyəsini gözləyən rahibələr, avropalı qaçqınlar və eks-patriantlar, 5 sentyabr 1975. Müstəqillik qazanandan sonra 1975-ci ildən 2002-ci ilədək Anqolada intensiv vətəndaş müharibəsi gedirdi.
8/9
© AFP 2024 / STF
Luanda aeroportunda Lissabona təxliyəsini gözləyən rahibələr, avropalı qaçqınlar və eks-patriantlar, 5 sentyabr 1975. Müstəqillik qazanandan sonra 1975-ci ildən 2002-ci ilədək Anqolada intensiv vətəndaş müharibəsi gedirdi.
© AFP 2024 / STFLuanda aeroportunda Lissabona təxliyəsini gözləyən rahibələr, avropalı qaçqınlar və eks-patriantlar, 5 sentyabr 1975. Müstəqillik qazanandan sonra 1975-ci ildən 2002-ci ilədək Anqolada intensiv vətəndaş müharibəsi gedirdi.
9/9
© AFP 2024 / STF
Luanda aeroportunda Lissabona təxliyəsini gözləyən rahibələr, avropalı qaçqınlar və eks-patriantlar, 5 sentyabr 1975. Müstəqillik qazanandan sonra 1975-ci ildən 2002-ci ilədək Anqolada intensiv vətəndaş müharibəsi gedirdi.