Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş infeksionist: “Biz epidemioloji zənciri qıra bilərik”

© Photo : TRENDSəhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Abunə olmaq
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib ki, yalnız əhalinin böyük hissəsi peyvənd olunarsa, biz epidemioloji zənciri qıra bilərik
Təyyar Eyvazov: “Onlar da vaksinasiya prosesinə cəlb edilməlidir”
“Bu gün yoluxanların böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, əsas yoluxan kütlə vaksin olunmayanlar olduğu üçün təşviqat işləri eə qurulmalıdır ki, onlar da vaksinasiya prosesinə cəlb edilsin: “Yalnız əhalinin böyük hissəsi peyvənd olunarsa, biz epidemioloji zənciri qıra bilərik. Bundan sonra indiki kimi yüksək yoluxmalar olmayacaq”.
Təyyar Eyvazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0