CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmtahan nəticələrinin aşağı olmasına hansı amillər təsir edib? – ekspert şərhi

© Sputnik / Murad OrujovTəhsil eksperti Kamran Əsədov
Təhsil eksperti Kamran Əsədov - Sputnik Azərbaycan, 1920, 21.08.2021
Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, imtahan nəticələrinin aşağ olmasının biri də sınaq imtahanlarının keçirilməməsi idi
Kamran Əsədov: “Bəzi fənlərin onlayn qaydada tədrisi düzgün deyil”
Azərbaycanda ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.
Bəs bu il keçirilmiş qəbul imtahanlarının nəticələrini qənaətbəxş hesab etmək olarmı?
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, 1,6 ildir Azərbaycan təhsil sistemi ənənəvi qaydada deyil, onlayn formada fəaliyyət göstərir: “Bu da nəticə etibarı ilə təhsilin keyfiyyətinə təsir göstərir. Bu cür təhsil forması heç də bütün təhsilalanlar üçün əlçatan deyil.  Xüsusən də bəzi fənlərin onlayn qaydada tədrisi düzgün deyil. Eyni zamanda ötən il qələbəmizlə başa çatan Vətən Müharibəsi vaxtı döyüşlərin getdiyi ərazilərə yaxın yerlərdə yaşayan şagirdlərimiz bundan əziyyət çəkdilər. İmtahan nəticələrinin aşağı olmasının biri də sınaq imtahanlarının keçirilməməsi idi. Bu da şagirdlər üçün gərəkli olan imtahan bacarıqlarının formalaşmasında problem yaradan məqamlardan biridir. Ümumiləşdirsək həm pandemiya, həm müharibə, həm də sınaq imtahanlarının təşkil edilməməsi ümumi nəticəyə təsir edən əsas amillərdir”.
Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0