https://sputnik.az/20210820/Tovrat-ilk-defe-mukemmel-tercumede-isiq-uzu-gorub-427744404.html
Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb
Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb
Sputnik Azərbaycan
Qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T21:58+0400
2021-08-20T21:58+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923525_0:0:3071:1737_1920x0_80_0_0_2df59c224e11b5618766901297b9924d.jpg
BAKI, 20 avqust — Sputnik. Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – "Yaradılış", "Çıxış", "Levililər", "Saylar", "Qanunun təkrarı"nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.Sputnik Azərbaycan xəbər verir ki, qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib. Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.Məlumat üçün bildirək ki, Tövrat qədim ibrani dilində "qanun", "təlim" yaxud "öyüd-nəsihət" deməkdir. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir. Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda isə "Tövrat və Zəbur" adı altında qəbul edilir. Lakin daha xüsusi bir mənada Tövrat dedikdə Musanın beş kitabı, Zəbur dedikdə isə Davudun Məzmurları nəzərdə tutulur.1947-ci ildə Qumran vadisində bədəvi Məhəmməd Əddib tərəfindən aşkar edilən dəri tumarlarına və ondan sonra 30 il boyunca təqribən 200 mağaradan tapılan 600-dən artıq əlyazmalara "Qumran tumarları" adı verilib. Həmin tumarlar Tövratın və Tanaxın əlyazmalarından ibarətdir. Qumran tumarları yəhudi Müqəddəs Yazılarının ən qədim əlyazmaları olduğu üçün Bibliya mətnşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0e/424923525_0:0:3071:1931_1920x0_80_0_0_e71aff802a4b4f56d0c15df404fb7fbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb
21:58 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.
BAKI, 20 avqust — Sputnik. Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – "Yaradılış", "Çıxış", "Levililər", "Saylar", "Qanunun təkrarı"nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.
Sputnik Azərbaycan xəbər verir ki, qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib. Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Məlumat üçün bildirək ki, Tövrat qədim ibrani dilində "qanun", "təlim" yaxud "öyüd-nəsihət" deməkdir. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir. Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda isə "Tövrat və Zəbur" adı altında qəbul edilir. Lakin daha xüsusi bir mənada Tövrat dedikdə Musanın beş kitabı, Zəbur dedikdə isə Davudun Məzmurları nəzərdə tutulur.
1947-ci ildə Qumran vadisində bədəvi Məhəmməd Əddib tərəfindən aşkar edilən dəri tumarlarına və ondan sonra 30 il boyunca təqribən 200 mağaradan tapılan 600-dən artıq əlyazmalara "Qumran tumarları" adı verilib. Həmin tumarlar Tövratın və Tanaxın əlyazmalarından ibarətdir. Qumran tumarları yəhudi Müqəddəs Yazılarının ən qədim əlyazmaları olduğu üçün Bibliya mətnşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.