CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistika ixtisası üçün qabiliyyət imtahanı vacibdirmi? – media eksperti şərh edir

© Sputnik / Anar MustafayevMedia eksperti Azər Həsrət
Media eksperti Azər Həsrət  - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Media eksperti Azər Həsrət bildirib ki, bəzən uzun illər jurnalistika sahəsində çalışanların belə yazmaq və özünü ifadə etmək qabiliyyətinin aşağı olduğunu görürük
Azər Həsrət: “Jurnalistika təkcə yazı qabiliyyəti ilə ölçülməməlidir”
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib.
Mövzu ilə bağlı Sputnik Azərbaycan-a danışan media eksperti Azər Həsrət bildirib ki, bəzi insanlar yazı qabiliyyəti olmayan şəxslərin jurnalist ola bilməyəcəyini deyir: “Bəziləri də deyir ki, jurnalistika təkcə yazı qabiliyyəti ilə ölçülməməlidir. Mənə görə jurnalistika ixtisası üçün qabiliyyət imtahanı olmalıdır. Ona görə ki, 3-5 cümləni yaza bilən insanları aşkar edib onları jurnalistikaya yönəltməliyik. Bəzən uzun illər jurnalistika sahəsində çalışanların belə yazmaq və özünü ifadə etmək qabiliyyətinin aşağı olduğunu görürük. Amma məncə gələcəkdə jurnalistikada qabiliyyət imtahanına ehtiyac olamaycaq”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0