Azərbaycanda uşaqlar vaksin olunacaqlarmı?

© AFP 2021 / MARTIN BUREAUЖенщина получает дозу вакцины от коронавируса, фото из архива
Женщина получает дозу вакцины от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.08.2021
TƏBİB-in departament müdiri Yaqut Qarayeva bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində uşaqların COVID-19 əleyhinə vaksinasiyası məsələsinə aydınlıq gətirib.
BAKI, 20 avqust — Sputnik. "Uşaq qruplarında vaksinlərin vurulması tam elan olunmayıb. Hələlik müzakirə səviyyəsindədir deyə Azərbaycanda bu yaş qrupunun vaksinasiyası nəzərdə tutulmur. Lakin beynəlxalq təşkilatlar tərəfindən də məsələ təsdiqlənərsə, bu haqda, yəqin ki, müzakirələr aparılacaq və ictimaiyyətə məlumat veriləcək".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində deyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, yaşı 18-dək olan şəxslərdə hansısa ağır xəstəlikləri varsa, risk qrupuna daxildirlərsə, bu zaman onların müvafiq poliklinikalara müraciət etmələri və həkim icazəsi varsa, vaksin olunması tövsiyə edilir.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
COVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала