CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan hərbi dənizçiləri İrandadırlar

© AR Ministry of Defence"Dəniz Kuboku" müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz İrandadırlar
Dəniz Kuboku müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz İrandadırlar - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.
 
BAKI, 20 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıblar.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Eləcə də oxuyun:
Azərbaycan Müdafiə naziri Türkiyədə: detallar
MN: Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir
Hərbçilərimiz “Tank biatlonu” müsabiqəsinə hazırlıqlarını davam etdirirlər
"Dəniz Kuboku" müsabiqəsində iştirak edəcək hərbi dənizçilərimiz yola salınıb
Xəbər lenti
0