https://sputnik.az/20210820/Ag-ciyerimize-qenim-kesilenlere-qarsi-cinayet-isi-baslanilib-427741238.html
Ağciyərimizə qənim kəsilənlərə qarşı cinayət işi başlanılıb
Ağciyərimizə qənim kəsilənlərə qarşı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın... 20.08.2021, Sputnik Azərbaycan
2021-08-20T20:01+0400
2021-08-20T20:01+0400
2021-11-17T00:02+0400
xəbərlər
cəmiyyət
hadisə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/09/12/424961132_0:340:3019:2047_1920x0_80_0_0_67195de55e3aba64bb5da091bc07b1bd.jpg
BAKI, 20 avqust — Sputnik. Lənkəran rayonunda yerləşən "Pambəhi" ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.Sputnik Azərbaycan xəbər verir ki, Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli iki ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda), 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/12/424961132_0:150:3019:2047_1920x0_80_0_0_e61dd45af8dd7a2905dd83e10fb5dcdc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Ağciyərimizə qənim kəsilənlərə qarşı cinayət işi başlanılıb
20:01 20.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
BAKI, 20 avqust — Sputnik. Lənkəran rayonunda yerləşən "Pambəhi" ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş material əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.
Sputnik Azərbaycan xəbər verir ki, Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırmalarla Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Osaküçə meşəbəyliyinin 10 saylı dolayında yerləşən qeyd edilən ailəvi-istirahət mərkəzinin sahibi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Firad Həbibov tərəfindən həmin ərazidə yerləşən 40 və 60 sm diametrli iki ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə ümumilikdə 13 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda), 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.