Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni şəffaf qaz sayğacı qutuları ödənişlidirmi?

© Photo : AzeriGas Production UnionQaz sayğaclarının yoxlanılması
Qaz sayğaclarının yoxlanılması - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
Şəffaf qutuları istehsal edən şirkət yerli müəssisədir. Birliyin elan etdiyi tenderdə Gəncə Cihazqayırma Zavodu qalib olub.
 
BAKI, 19 avqust — Sputnik. ”Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb. Bu yeniliklə abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.
Maraqlıdır, bu sayğaclar harada istehsal olunur və ödənişlidirmi, quraşdırılması necə, istehlakçının istəyinə bağlıdırmı?
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bu və digər detallara aydınlıq gətirib. O bildirib ki, bu şəffaf qutular "Azəriqaz" İB-nin sifarişi əsasında hazırlanır. Məqsəd, əvvəlcədən ödənişli və sonradan ödənişli qaz sayğaclarının kənar müdaxilədən, eyni zamanda yağışdan, qardan, günəşdən qorunmasını təmin etməkdir.
E.Vəliyev bildirir ki, hər bir sayğacın istismar müddəti 5 il civarında olsa da, bəzən sadalanan səbəblərlə əlaqədar olaraq sayğaclar daha tez istismara yararsız olur.
E.Vəliyev istehsalla bağlı da danışıb:
"Şəffaf qutuları istehsal edən şirkət yerli müəssisədir. Birliyin elan etdiyi tenderdə Gəncə Cihazqayırma Zavodu qalib olub. 2021-ci il üçün şirkətin öhdəliyi 100 min şəffaf qutudur ki, bunu da zavod hissə-hissə olmaq şərti ilə təmin edir. Quraşdırılan şəffaf qutular üçün abonentdən heç bir ödəniş tələb olunmur. Qutuların quraşdırılması vacibdir. Çünki bu yalnız və yalnız vətəndaşın xeyrinədir".
"Azəriqaz" İB yanında ictimai şuranın üzvi olan Eyyub Hüseynov şəffaflığın təminatında bu qutuların müstəsna rola malik olmasından danışır:
"Hər zaman demişəm ki, "Çarli Çaplin”in filmlərinə baxın. O gündüzlər pəncərə salır, gecələr isə onları sındırırdı. Yəni, sayğacın plombunu da sındırmaq kimə sərf edirsə, o sındırır. İstehlakçı dəli olub ki, plombu sındırsın, sonra da cərimə ödəsin?! Bu problemin həlli üçün "Azəriqaz" İB şəffaflığı təmin etmək üçün ən düzgün addımı atıb. Sahə müvəkkilləri, bələdiyyələr daim bu qutuların salamat olmasına nəzarət etməlidirlər".
O, bu qutuların ödənişsiz olduğunu və vətəndaşın istəyindən asılı olmayaraq quraşdırıldığını vurğulayıb.
Həmçinin oxuyun:
”Azəriqaz” İstehsalat Birliyi yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb
Xəbər lenti
0