CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyada neft ucuzlaşır

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidРабочие на мобильной буровой установке компании "Татнефть" в Альметьевском районе Республики Татарстан, фото из архива
Рабочие на мобильной буровой установке компании Татнефть в Альметьевском районе Республики Татарстан, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,11 dollar azalıbLondon birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,11 dollar azalıb.
BAKI, 19 avqust — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,72 dollar azalaraq 68,99 dollar təşkil edib.
Dünya birjalarında neft ucuzlaşır
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 1,11 dollar azalaraq 67,12 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 1,28 dollar ucuzlaşaraq 64,18 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
"Azeri Light" neftinin bir barelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Xatırladaq ki, 2021-ci ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 717 min barel olub. Bunun 606 min barelini xam neft, 111 min barelini isə kondensat təşkil edib. OPEC+ ölkələri nazirlərinin bu ilin aprel ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin iyulda 98 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyun ayına nisbətən 10 min barel artırılmaqla 620 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.
Avqustun 1-dən etibarən isə OPEC+ ölkələri nazirlərinin ötən ay keçirilmiş 19-cu iclasında qəbul edilən yeni “Əməkdaşlıq Bəyannaməsi” qüvvədədir. Yeni razılaşmaya görə avqustdan başlayaraq OPEC+ ölkələrinin hər ay gündəlik xam neft hasilatını 400 min barel artırması planlaşdırılır. Bu qərarın qüvvədə olduğu müddətdə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə etmiş olacaq.
Həmçinin oxuyun:
Ucuz qaz dövrü bitdi. Qazancımız nə olacaq?
Xəbər lenti
0