Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beş gün ərzində Kabil aeroportunda 12 nəfər həlak olub

© AFP 2024 / WAKIL KOHSARВолонтер с раненым афганцем в аэропорту Кабула
Волонтер с раненым афганцем в аэропорту Кабула - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
Agentlikdən bildirildiyinə görə, taliblərin adı çəkilməyən təmsilçisi uçuş hüququ olmayan əfqanları aeroport ərazisində toplaşmamağa və evlərinə qayıtmağa çağırıb.
BAKI, 19 avqust — Sputnik. Ötən bazar günündən indiyə kimi Əfqanıstanın paytaxtı Kabildə aeroport ərazisində atışma və çaxnaşma nəticəsində ümumilikdə 12 nəfər həlak olub. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, taliblərin adı çəkilməyən təmsilçisi, həmçinin uçuş hüququ olmayan əfqanları aeroport ərazisində toplaşmamağa və evlərinə qayıtmağa çağırıb.
"Biz hava limanı ərazisində olanlara zərər vermək istəmirik", – deyə Taliban* radikal hərəkatının nümayəndəsi bildirib.
Qeyd edək ki, son həftə ərzində Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Bazar günü KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstanın milli barışıq üzrə ali şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Avqustun 15-dən 16-na keçən gecə Talibanın* siyasi ofisinin rəsmi nümayəndəsi Muhamməd Naim isə bəyan edib ki, Əfqanıstanda müharibə başa çatıb.
Hazırda Əfqanıstanda bütün quru sərhəd-keçid məntəqələrinə Taliban* silahlıları nəzarət edir. Əcnəbilərin və xarici missiyalarda çalışan əfqanların təxliyəsi həyata keçirilir.
*Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
Həmçinin oxuyun:
Əşrəf Qəni Əfqanıstan xalqına müraciət etdi
Xəbər lenti
0