https://sputnik.az/20210819/Azerbaycanda-Asura-olke-daxilinde-yuzlerle-donor-olmaq-isteyen-qan-verir-427733976.html
Azərbaycanda Aşura: ölkə daxilində yüzlərlə donor olmaq istəyən qan verir
Azərbaycanda Aşura: ölkə daxilində yüzlərlə donor olmaq istəyən qan verir
Sputnik Azərbaycan
Bu gün ölkə daxilində ənənəvi olaraq Məhərrəm ayının onuncu günü - Aşura günündə möminlər qana ehtiyacı olan xəstələrə kömək etmək üçün qan verirlər. Sputnik... 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T16:48+0400
2021-08-19T16:48+0400
2021-11-17T00:02+0400
multimedia
video
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427733926_0:-1:1911:1080_1920x0_80_0_0_a03905281e61871bf2c7b785a699a423.jpg
Koronavirus pandemiyası səbəbindən donor aksiyaları məscidlərdə keçirilmir. Mərkəzi Qan Bankının Bakıdakı şöbələrində və bölgələrdəki 9 ünvanda qan verilə bilər.Donor olmaq istəyənlər karantin rejimi qaydalarına əməl edir, tibbi maskalardan istifadə edib sosial məsafəni qoruyurlar.İslam şəhidlərinin xatirəsinə ehtiram göstərənlər donor ola və qana ehtiyacı olan insanların həyatını xilas edə bilərlər.Donor qanı hemofiliya, talassemiya və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunacaq.Bu il Məhərrəm ayı avqustun 10-da başlayıb. Aşura günü isə 19 avqust tarixinə təsadüf edib.Tarix boyu Məhərrəm ayı sülh və əmin-amanlıq ayı hesab olunub, lakin hicrətin 61-ci ili (Qriqori təqvimi ilə 10 oktyabr 680-ci il) bu ayın onuncu gününə, yəni Aşura gününə islamı müdafiə etmək üçün ayağa qalxan insanların qəddar qətli ilə kölgə salıb. O zamanlar Əməvilər xəlifəsi Yezidin əmri ilə Kərbəla səhralarında İmam Hüseyn, oğlu İmam Əli və Məhəmməd peyğəmbərin nəvəsi, eləcə də onların ardıcılları və tərəfdarları öldürülüb. Bu günün xatirəsinə hörmət olaraq möminlər yas tədbirləri keçirir və həmçinin qan verirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/13/427733926_0:-1:1719:1080_1920x0_80_0_0_275c191f3667d245474af8f4dc12a90d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
multimedia, xəbərlər, azərbaycan
multimedia, xəbərlər, azərbaycan
Azərbaycanda Aşura: ölkə daxilində yüzlərlə donor olmaq istəyən qan verir
16:48 19.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Bu gün ölkə daxilində ənənəvi olaraq Məhərrəm ayının onuncu günü - Aşura günündə möminlər qana ehtiyacı olan xəstələrə kömək etmək üçün qan verirlər. Sputnik Azərbaycan-ın çəkiliş qrupu Mərkəzi Qan Bankına baş çəkib.
Koronavirus pandemiyası səbəbindən donor aksiyaları məscidlərdə keçirilmir. Mərkəzi Qan Bankının Bakıdakı şöbələrində və bölgələrdəki 9 ünvanda qan verilə bilər.
Donor olmaq istəyənlər karantin rejimi qaydalarına əməl edir, tibbi maskalardan istifadə edib sosial məsafəni qoruyurlar.
İslam şəhidlərinin xatirəsinə ehtiram göstərənlər donor ola və qana ehtiyacı olan insanların həyatını xilas edə bilərlər.
Donor qanı hemofiliya, talassemiya və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunacaq.
Bu il Məhərrəm ayı avqustun 10-da başlayıb. Aşura günü isə 19 avqust tarixinə təsadüf edib.
Tarix boyu Məhərrəm ayı sülh və əmin-amanlıq ayı hesab olunub, lakin hicrətin 61-ci ili (Qriqori təqvimi ilə 10 oktyabr 680-ci il) bu ayın onuncu gününə, yəni Aşura gününə islamı müdafiə etmək üçün ayağa qalxan insanların qəddar qətli ilə kölgə salıb. O zamanlar Əməvilər xəlifəsi Yezidin əmri ilə Kərbəla səhralarında İmam Hüseyn, oğlu İmam Əli və Məhəmməd peyğəmbərin nəvəsi, eləcə də onların ardıcılları və tərəfdarları öldürülüb. Bu günün xatirəsinə hörmət olaraq möminlər yas tədbirləri keçirir və həmçinin qan verirlər.