https://sputnik.az/20210819/Avropa-ttifaq-Trkiy-v-Ukraynann-COVID-sertifikatlarn-tanyacaq-427735432.html
Avropa İttifaqı Türkiyə və Ukraynanın COVID sertifikatlarını tanıyacaq
Avropa İttifaqı Türkiyə və Ukraynanın COVID sertifikatlarını tanıyacaq
Sputnik Azərbaycan
Türkiyə, Şimali Makedoniya və Ukraynanın verdikləri peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahib olacaq və Aİ ölkələrində... 19.08.2021, Sputnik Azərbaycan
2021-08-19T22:10+0400
2021-08-19T22:10+0400
2021-11-16T20:28+0400
xəbərlər
səhiyyə
cəmiyyət
türkiyə
sertifikat
dünya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038744_0:156:3010:1849_1920x0_80_0_0_39996a5e118f640bfb7e971af5a01a52.jpg
BAKI, 19 avqust — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynada verilən COVID-19 sertifikatlarını tanıyacaq. Bu barədə Sputnik Türkiyə xəbər verir.Məlumatda qeyd olunur ki, qərar avqustun 20-dən qüvvəyə minəcək və 3 ölkə Aİ-nin peyvənd sertifikatı sisteminə qoşulacaq. Türkiyə, Şimali Makedoniya və Ukraynanın verdikləri peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahib olacaq və Aİ ölkələrində qəbul ediləcək.Bildirilir ki, sözügedən 3 ölkənin Aİ tərəfindən verilən peyvənd sertifikatını tanıyacağı bildirilib və bu təcrübənin qarşılıqlı təhlükəsiz səyahəti asanlaşdıracağı qeyd edilib.Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 209,3 milyonu keçib, 4,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.Həmçinin oxuyun:Səhiyyəmizdə bir ilk yaşandı, polislər bəyənmədilər: həkim cavab verməli olacaq
dünya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427038744_279:0:3010:2048_1920x0_80_0_0_4712efdd67c8022c6c203e462dfca5ff.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, türkiyə, sertifikat, dünya
xəbərlər, türkiyə, sertifikat, dünya
Avropa İttifaqı Türkiyə və Ukraynanın COVID sertifikatlarını tanıyacaq
22:10 19.08.2021 (Yenilənib: 20:28 16.11.2021) Türkiyə, Şimali Makedoniya və Ukraynanın verdikləri peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahib olacaq və Aİ ölkələrində qəbul ediləcək.
BAKI, 19 avqust — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynada verilən COVID-19 sertifikatlarını tanıyacaq. Bu barədə Sputnik Türkiyə xəbər verir.
Məlumatda qeyd olunur ki, qərar avqustun 20-dən qüvvəyə minəcək və 3 ölkə Aİ-nin peyvənd sertifikatı sisteminə qoşulacaq. Türkiyə, Şimali Makedoniya və Ukraynanın verdikləri peyvənd sertifikatları "AB Rəqəmsal COVID Sertifikatı" ilə eyni şərtlərə sahib olacaq və Aİ ölkələrində qəbul ediləcək.
Bildirilir ki, sözügedən 3 ölkənin Aİ tərəfindən verilən peyvənd sertifikatını tanıyacağı bildirilib və bu təcrübənin qarşılıqlı təhlükəsiz səyahəti asanlaşdıracağı qeyd edilib.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 209,3 milyonu keçib, 4,39 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.