CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MN Ermənistanın növbəti yalanı haqda: Rusiya sülhməramlılarına məlumat verilib

© Sputnik / Rashad KeremogluGəgəli kəndi yaxınlığında yanğın
Gəgəli kəndi yaxınlığında yanğın - Sputnik Azərbaycan, 1920, 18.08.2021
Abunə olmaq
MN Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə quru otlaq sahəsində başlayan yanğının bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə edildiyini bildirib.
 
BAKI, 18 avqust — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub.
"Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib.
Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb", - deyə məlumatda bildirilir.
Eləcə də oxuyun:
Azərbaycan Ordusu mülki şəxsləri atəşə tutmur - Müdafiə Nazirliyi
Ermənistan üç istiqamətdə mövqelərimizi atəşə tutub
Azərbaycan HHQ yay tədris dövründə ilk təlim-məşq uçuşlarını icra edir - VIDEO
MN: Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir
Ermənistan ordusu Kəlbəcəri və Gədəbəyi atəşə tutub
Xəbər lenti
0