CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib

© Sputnik / Photohost-agency sco-russia2020.ru / Mediabanka keçidMинистр обороны Азербайджана Закир Гасанов, фото из архива
Mинистр обороны Азербайджана Закир Гасанов, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Səfər çərçivəsində Zakir Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN"  və bir sıra digər şirkətlərinin rəhbərləri ilə  görüşlər keçirib.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Zakir Həsənov sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin "ASELSAN", "ROKETSAN", "HAVELSAN", "ASPİLSAN"  və bir sıra digər şirkətlərinin rəhbərləri ilə  görüşlər keçirib.
Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
16 avqust 2021-ci il
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək "İDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri "İDEF - 2021" Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.
Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.
Eləcə də oxuyun:
MN: Ermənistan Naxçıvan ərazisini atəşə tutmağa başlayıb
Müdafiə Nazirliyi Əfqanıstandakı sülhməramlılarımız barədə məlumat yaydı
Bakı Moskva və Yerevandan nə gözləyir: Əliyevin müsahibəsinin izi ilə
Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlıları birgə təlim keçəcəklər
Xəbər lenti
0