https://sputnik.az/20210817/Narkotikl-bal-cinaytlrin-statistikas-aqland-427722285.html
Narkotiklə bağlı cinayətlərin statistikası açıqlandı
Narkotiklə bağlı cinayətlərin statistikası açıqlandı
Sputnik Azərbaycan
Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. 17.08.2021, Sputnik Azərbaycan
2021-08-17T22:16+0400
2021-08-17T22:16+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
narkotik
narkotik maddə
narkotik vasitələr
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 17 avqust — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur. Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.Həmçinin oxuyun:Dövlət sərhədini pozaraq qaçmağa cəhd edən şəxs saxlanılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, narkotik, narkotik maddə, narkotik vasitələr, azərbaycan
xəbərlər, narkotik, narkotik maddə, narkotik vasitələr, azərbaycan
Narkotiklə bağlı cinayətlərin statistikası açıqlandı
22:16 17.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib.
BAKI, 17 avqust — Sputnik. Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə qeydə alınan 14928 cinayət hadisəsinin 4145-i və ya 27,8 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,7 faiz çoxdur.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, onların 57,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,7 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 4,6 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,7 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizini isə digər cinayətlər təşkil edib.
Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2757 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 2719-u cinayət məsuliyyətinə cəlb olunub, 38-i isə qanunvericiliyə uyğun cinayət məsuliyyətindən azad edilib.
Cinayət törədən şəxslərin 73,7 faizini heç yerdə işləməyən və oxumayanlar, 35,0 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib. Cinayət törədən şəxslərin 2,5 faizi qadınlardır. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7,9 faizi 18-24 yaşlı, 18,0 faizi 25-29 yaşlı gənclər, 73,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
2021-ci ilin yanvar-iyun aylarında müsadirə edilən 2984,2 kiloqram narkotik maddələrin 1947,4 kiloqramını heroin, 618,9 kiloqramını marixuana, 245,5 kiloqramını tiryək, 57,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 114,9 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.