CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyatı kimi ölümü də qalmaqallı olan sənətkarın doğum günüdür

© Photo : REPORTИльхама Гулиева, Народная артистка
Ильхама Гулиева, Народная артистка - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Mübahisəli xarakteri ona yaşadığı illərdə sənətinin şəffaflığını tam göstərməyə imkan verməsə də, zaman onun xeyrinə işləyir. "Çiçək yağışı", "Neylərsən", "Kaman", "Göygöl", "Azərbaycan" və s mahnıların müəllifi illər keçsə də unudulmur.
BAKI, 17 avqust — Sputnik. Yaşasaydı bu gün 78 yaşı olacaqdı. İncəsənətimizin ən zəngin repertuarlı sənətkarı, Azərbaycan mədəniyyətinə əsrarəngiz səsi ilə onlarla əsər bəxş edib. Söhbət Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şərəf", "Şöhrət" ordenli İlhamə Quliyevadan gedir. Sputnik Azərbaycan xəbər verir ki, İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Lənkəran şəhərində anadan olub.
Fəaliyyətinin bütün illərində gündəmdə olan sənətkar, bütün həmkarlarından fərqli olaraq zirvəyə qalxdıqca, yaşlandıqca daha çox əsər ortaya qoyub. Mübahisəli xarakteri ona yaşadığı illərdə sənətinin şəffaflığını tam göstərməyə imkan verməsə də, zaman onun xeyrinə işləyir. "Çiçək yağışı", "Neylərsən", "Kaman", "Göygöl", "Azərbaycan" və s mahnıların müəllifi illər keçsə də unudulmur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən sənətkar 1965–1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970–1980-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-cı ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (Azkonsert) solisti olub.
Fikrət Əmirov, Emin Sabitoğlu, Faiq Sücəddinov, Oqtay Kazımov, Ramiz Mirişli kimi bəstəkarlar onun üçün mahnılar bəstələyiblər.
Xalq artisti Tükəzban İsmayılovanın ailəsində doğulan İlhamə Quliyevanın doğma atasının adı Məzahir Quliyevdir, ögey atası isə Azərbaycan SSR xalq artisti Həbib Bayramovdur. İlhamə xanım XX əsrin 80-cı illərində qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o hətta həyat yoldaşının soyadını — Mirmöhsünova soyadını daşıyıb. İlhamə Quliyevanın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub, lakin İlhamə Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb.
İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.
Həmçinin oxuyun:
Dəniz hər gün qayıdır, Müslüm isə ürəklərdə qaldı...
Xəbər lenti
0