CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günün cinayət xronikası

© AR Ministry of Internal AffairsЧеловек в балаклаве, архивное фото
Человек в балаклаве, архивное фото - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə ondan həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb edib.
BAKI, 17 avqust — Sputnik. Bu gün də bəzi cinayət hadissələri ilə yadda qalıb. Sputnik Azərbaycan Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə istinadən günün cinayət xəbərlərini təqdim edir:
Gədəbəydə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini, əvvəllər məhkum olunmuş Ədalət Rzayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilib. Saxlanılan şəxs dindirilmə zamanı narkotik maddə bağımlısı olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Saxta COVİD-19 pasportu verən vəzifəli şəxslər ifşa olundu
Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVİD-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir.
Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.
Daha bir vətəndaş Baş Prokurorluğa minnətdarlığını videomüraciətlə bildirdi
Özünü paytaxtın Xətai rayonu ərazisində yerləşən “Sincab” uşaq bağçasının müdirəsi kimi təqdim edən Nuray adlı şəxs tərəfindən dələduzluq yolu ilə pullarının ələ keçirilməsi ilə bağlı vətəndaş Məmmədova Nigar Şəmşir qızı və qeyriləri Xətai rayon prokurorluğuna müraciət ediblər. Toplanan material üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işinin başlanaraq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Xətai rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilib.
Prokurorluğa müraciət edərək məmnun qalan Məmmədova Nigar Şəmşir qızı Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunub.
Vətəndaşı qanunsuz azadlıqdan məhrum edib əmlak tələb etmiş şəxslər barəsində cinayət işinin istintaqı tamamlanıb
Baş prokurorluğun İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilmişdir ki, Hüseynov Rafiq Əli oğlu tanışı Mehdiyev Anar Kamil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olan dayısı Seyidov Mirəkbər Heydər oğlundan hədə-qorxu yolu ilə əmlak tələb etmək məqsədilə sonuncunun övladı Mirhəsən Seyidovu iradəsinə zidd olaraq adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum ediblər.
Daha sonra Rafiq Hüseynov dayısı Mirəkbər Seyidovun əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Mirhəsən Seyidovun əlləri və ayaqları bağlı fotoşəklini Mirəkbər Seyidovun mobil telefon nömrəsinə göndərib, həmin dövrün məzənnəsi ilə 850.000 manata bərabər 500.000 ABŞ dolları məbləğində pul tələb ediblər.
Buna görə də, Hüseynov Rafiq Əli oğlu və Mehdiyev Anar Kamil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) və 182.4-cü (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham elan edilmiş və barələrində məhkəminin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. 16.08.2021-ci il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmçinin oxuyun:
Bakıda internat məktəbinin direktoru barəsində cinayət işi açılıb
Xəbər lenti
0