CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan fəlsəfəsinə sığmayan barbarlıq - Ağdam növbəti ziyarətçilərini heyrətləndirdi

© Sputnik / Emin AlisahibAğdama QHT nümayəndələrinin səfəri
Ağdama QHT nümayəndələrinin səfəri - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
QHT təmsilçiləri Ağdamın müxtəlif yerlərinə baş çəkib, ermənilərin işğal müddətində törədiyi dağıntıları görüb, eyni zamanda rayonda aparılan tikinti, yenidənqurma işlərinin gedişi ilə tanış olublar.
 
BAKI, 16 avqust - Sputnik. “Ermənilər son 30 ildə bu ərazidə dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Onların tək bir məqsədi olub - Azərbaycanın tarixini, mədəniyyətini silib, yox etmək”.
Sputnik Azərbaycan bildirir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev QHT nümayəndələrinin Ağdama səfəri ilə bağlı açıqlamasında deyib.
“Bu qədər vəhşilik, bu qədər barbarlıq insan fəlsəfəsinə, insanlığa sığışmayan bir haldır. Erməni dünyada özünü məzlum, yazıq göstərməyə çalışır. Amma budur onların vəhşiliyi, budur onların barbarlığı. Hesab edirəm ki, bu gün QHT-lər şahidi olduqları bu faktları həm ölkə daxilində, həm də ölkə xaricində yaymalıdırlar. Özlərinin beynəlxalq partnyorlarına, ayrı-ayrı tərəfdar təşkilatlara, beynəlxalq təşkilatlara bildirməlidirlər”, - Quliyev söyləyib.

Yüz minlik bir şəhər yenidən qurulacaq

Azay Quliyev bildirib ki, Ağdama səfər onlarda həm də qürur hissi yaradıb. O qeyd edib ki, yaxın vaxtlarda Ağdam Qarabağın simvoluna çevriləcək: “Bilirsiniz ki, Ağdam ölkəmizin bütövlükdə tarixinə xidmətləri olan rayonlardan biri olub. Ümumiyyətlə, Ağdam Qarabağın qapısıdır. Və Ağdamın quruculuğuna da cənab prezident çox böyük önəm verir. Təsadüfi deyil ki, məhz Ağdamın baş planının təsdiq olunmasını məhz respublika gününə təyin etmişdi, mayın 28-nə. Mən əminəm ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı hansı fədakarlıqla torpaqlarını işğaldan azad etdisə, o fədəkarlıqla da torpaqlarını quracaq. Ağdam bütövlükdə 100 minlik bir şəhər olaraq, yenidən qurulacaq. Ağdamın baş planında Ağdam şəhər quruculuğunun dünyada mövcud olan ən yaxşı təcrübəsindən istifadə olunacaq. Qarabağın ən böyük şəhəri olan Ağdam, hesab edirəm ki, bütövlükdə Qarabağın simvoluna çevriləcək”.
1/4
2/4
3/4
4/4
1/4
2/4
3/4
4/4
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Fuad Dərgahov bildirib ki, səfərin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən QHT-lərin üzvlərini Ağdamdakı vəziyyətlə tanış etməkdir.
“Qoy bütün QHT üzvləri buraya səfər edib, görsünlər ki, əvvəllər ən böyük şəhər olmuş Ağdam erməni işğalından sonra nə haladır. Həmçinin məqsəd ondan ibarətdir ki, QHT fəalları öz gözləri ilə gördükləri bu vəziyyəti gələcəkdə müxtəlif görüşlərdə, xüsusilə də beynəlxalq görüşlərdə inanların diqqətinə çatdırsınlar. Dünya görsün ki, işğal müddəti ərzində düşmən bu şəhəri nə günə qoyub”.

Dağıntılar arasında yeni və müasir şəhər salınır

Qonaqlar Ağdamın düşmənlərimiz tərəfindən dağıdılmış, viran qoyulmuş dini abidələri ilə tanış olublar. Cümə məscidi, həmçinin Şahbulaq qalasına baş çəkib, buradakı erməni saxtakarlıqlarını öz gözləri ilə görüblər.
“Doğrudan da insan dəhşətə gəlir. Bizim vəhşi və mənfur düşmənlərimiz torpaqlarımızı işğal edərək, burada olan abidələri, dini abidələri, həmçinin yaşayış evlərini, ümumiyyətlə bütün tikililəri söküblər. Burada biz bir dənə də olsun salamat binaya rast gələ bilmədik. Qeyd etmək lazımdır ki, çox böyük quruculuq-abadlıq işləri aparılır. Dövlətimiz tərəfindən, cənab prezidentin tapşırığına əsasən, burada biz şahidi olduq ki, çox yüksək səviyyədə quruculuq işləri, infrastruktur layihələr icra olunur”, - Respublika Təhsil Şurasının sədri Samir Mehdizadə bildirib.
“Durduğumuz bu yer cənab prezidentimizin Ağdamın təməlini qoyduğu yerdir. İnanıram ki, burada bir şəhər salınacaq və o şəhər dünyanın ən füsunkar şəhərlərindən biri olacaq”, - Beynəlxalq İctimai-siyasi Prosesləri Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.
© Sputnik / Emin AlisahibSamir Adıgözəlli
Samir Adıgözəlli - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Samir Adıgözəlli
Qeyd edək ki, bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə baş tutan səfərə 70-dən artıq QHT qatılıb. Səfər üç gün davam edəcək.
Eləcə də oxuyun:
Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq - Emin Hüseynov
Ağdam şəhərinin gerbi hazırlanacaq
Xəbər lenti
0