CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərinlik gözləməyək? Bakıda sabah yağış yağacağı ehtimal olunur

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidЛетний дождь, фото из архива
Летний дождь, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
Avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
BAKI, 16 avqust - Sputnik. Azərbaycan ərazisində avqustun 17-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, avqustun 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-19° isti, gündüz  23-28° isti olacaq.
Xəbər lenti
0