https://sputnik.az/20210816/Junior-Eurovision-2021de-Azerbaycani-temsil-edecek-sexsin-adi-belli-olub-427712323.html
Azərbaycanda ikinci olan qız "Avroviziya"da səhnəyə çıxacaq
Azərbaycanda ikinci olan qız "Avroviziya"da səhnəyə çıxacaq
Sputnik Azərbaycan
Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır. 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T21:02+0400
2021-08-16T21:02+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
mədəniyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42346/90/423469096_25:0:1595:883_1920x0_80_0_0_755446fbbccb11e8bebc046443832160.jpg
BAKI, 16 avqust — Sputnik. Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək "Junior Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək. Bu barədə Sputnik Azərbaycan-a İctimai Televiziyanın Mətbuat katibi Aynurə Asimqızı bildirib.Onun sözlərinə görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən "Səs Uşaqlar" mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşıb.Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır: "Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar. Hələ ki, Sonanın hansı mahnını ifa edəcəyi bəlli deyil".Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.Məlumat üçün bildirək ki, Avropa Yayım Birliyinə üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi illik beynəlxalq televiziya mahnı yarışması 16 yaşdan kiçik uşaqların ifaçı kimi çıxış etməsi üçün yaradılıb. Müsabiqə bütün Avropada televiziya və radioda və dünyanın digər ölkələrində, eləcə də internetdə yayımlanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42346/90/423469096_221:0:1398:883_1920x0_80_0_0_b0d417b95ca1039b42b4e880ba2d1ef0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycanda ikinci olan qız "Avroviziya"da səhnəyə çıxacaq
21:02 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır.
BAKI, 16 avqust — Sputnik. Dekabrın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək "Junior Eurovision 2021" mahnı müsabiqəsində Azərbaycanı
Sona Əzizova təmsil edəcək. Bu barədə
Sputnik Azərbaycan-a İctimai Televiziyanın Mətbuat katibi
Aynurə Asimqızı bildirib.
Onun sözlərinə görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən "Səs Uşaqlar" mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə S.Əzizova ikinci yerdə qərarlaşıb.
Şuarı "Imagine!" (Təsəvvür et!) olan mahnı müsabiqəsinin Parisdəki "La Seine Musicale" kompleksində keçirilməsi planlaşdırılır: "Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar. Hələ ki, Sonanın hansı mahnını ifa edəcəyi bəlli deyil".
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Avroviziya Uşaq Mahnı Müsabiqəsi"ndə üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub.
Məlumat üçün bildirək ki, Avropa Yayım Birliyinə üzv dövlətlərin nümayəndələrinin iştirak etdiyi illik beynəlxalq televiziya mahnı yarışması 16 yaşdan kiçik uşaqların ifaçı kimi çıxış etməsi üçün yaradılıb. Müsabiqə bütün Avropada televiziya və radioda və dünyanın digər ölkələrində, eləcə də internetdə yayımlanır.