https://sputnik.az/20210816/AZAL-reyslerinde-Travel-Pass-tetbiqinin-sinaqdan-kecirilmesi-uzadilib-427712293.html
AZAL beynəlxalq tətbiqin sınaq müddətini uzatdı
AZAL beynəlxalq tətbiqin sınaq müddətini uzatdı
Sputnik Azərbaycan
"IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T19:55+0400
2021-08-16T19:55+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427566767_72:0:1810:983_1920x0_80_0_0_0812388fbe4f0481b569968588c560c0.jpg
BAKI, 16 avqust — Sputnik. Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən "IATA Travel Pass" mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır. Sputnik Azərbaycan xəbər verir ki, smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal "IATA Travel Pass", uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda "IATA Travel Pass" tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərinin sərnişinləri yükləyə bilərlər:• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür. "IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər. AZAL və "Buta Airways" reyslərində "IATA Travel Pass" tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq. Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, "Travel Pass" proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəşt əldə edəcəklər. iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün "IATA Travel Pass" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpaQeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass"IATA Travel Pass" tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGAEləcə də oxuyun:Azərbaycana uçan təyyarə geri qaytarıldı, Bakıdan Antalyaya ikincisi göndərilirGəncədə sovet vaxtından qalan atributu dəyişdilərAZAL-ın təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1c/427566767_246:0:1810:983_1920x0_80_0_0_adaa7bcc300763fc7ab0a43a7e708b42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
AZAL beynəlxalq tətbiqin sınaq müddətini uzatdı
19:55 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb.
BAKI, 16 avqust — Sputnik. Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən "IATA Travel Pass" mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.
Sputnik Azərbaycan xəbər verir ki, smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal "IATA Travel Pass", uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda "IATA Travel Pass" tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərinin sərnişinləri yükləyə bilərlər:
• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)
• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)
• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)
• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür. "IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər. AZAL və "Buta Airways" reyslərində "IATA Travel Pass" tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq. Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, "Travel Pass" proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəşt əldə edəcəklər. iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün "IATA Travel Pass" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649
• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass
"IATA Travel Pass" tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGA
AZAL-ın təyyarəsi Türkiyə səmasında
güclü hava boşluğu zonasına düşüb