https://sputnik.az/20210816/AB-sfiri-Naxvanla-laqlri-inkiaf-etdirmk-istyir-427711688.html
ABŞ səfiri Naxçıvanla əlaqələri inkişaf etdirmək istəyir
ABŞ səfiri Naxçıvanla əlaqələri inkişaf etdirmək istəyir
Sputnik Azərbaycan
Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı... 16.08.2021, Sputnik Azərbaycan
2021-08-16T17:16+0400
2021-08-16T17:16+0400
2021-11-17T00:01+0400
xəbərlər
cəmiyyət
iqtisadiyyat
abş
səfir
naxçıvan
səfər
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 16 avqust — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Sputnik Azərbaycan Nuhçıxan agentliyinə istinadən bildirir ki, ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Muxtar Respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib.Ali Məclisin sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunub, qarşılıqlı layihələr həyata keçirilib. "İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür edib.Öz növbəsində, səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulayıb. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.Eləcə də oxuyun:İsrail səfiri Naxçıvana getdiNaxçıvan nümayəndəsi ABŞ səfiri ilə Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, abş, səfir, naxçıvan, səfər, azərbaycan
xəbərlər, abş, səfir, naxçıvan, səfər, azərbaycan
ABŞ səfiri Naxçıvanla əlaqələri inkişaf etdirmək istəyir
17:16 16.08.2021 (Yenilənib: 00:01 17.11.2021) Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.
BAKI, 16 avqust — Sputnik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sputnik Azərbaycan Nuhçıxan agentliyinə istinadən bildirir ki, ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Muxtar Respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd edib.
Ali Məclisin sədri diqqətə çatdırıb ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunub, qarşılıqlı layihələr həyata keçirilib. "İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür edib.
Öz növbəsində, səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulayıb. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
İsrail səfiri Naxçıvana getdi
Naxçıvan nümayəndəsi ABŞ səfiri ilə
Zəngəzur dəhlizinin açılmasını müzakirə edib